Dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları arasında keçirilən matç, ABŞ-ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Xarici KİV xəbər verir ki, ABŞ-ın qələbəsindən sonra İran turnirdən uzaqlaşdırılıb.
İranın çempionatdan kənarlaşdırılması ölkədə rejim əleyhdarları tərəfindən sevinclə qarşılanıb. Bu nümayişlər zamanı bir nəfərin başından vurularaq öldürüldüyü bildirilib.
Məlum olub ki, öldürülən 27 yaşlı Mehran Samak İran millisində çıxış edən Səid Ezatolahinin uşaqlıq dostu olub.
İran Milli Komandasının futbolçusu Səid Ezatolahi Mehran Samakın ölümü ilə bağlı paylaşım edib. O, Samakla eyni komandada oynayan fotosunu paylaşaraq, "Bir gün maskalar düşəcək və həqiqət üzə çıxacaq. Gənclərimiz və millətimiz buna layiq deyil" ifadələrini yazıb.

Dünya Kupası, İran için cehenneme döndü! Mağlubiyeti kutlayan taraftar başından vurularak öldürüldü
Dünya Kupası, İran için cehenneme döndü! Mağlubiyeti kutlayan taraftar başından vurularak öldürüldü