İdmançının 1998-ci ildə NBA final maçında geyindiyi idman ayaqqabıları Nyu Yorkda yerləşən Sotbis hərrac evində hərraca çıxarılacaq.
Ayaqqabının 4 milyon dollara (6 milyon 800 min AZN) satılacağı gözlənilir. Hərrac aprelin 3-11-i tarixlərində onlayn şəkildə təşkil ediləcək.
Maykl Cordanın başqa bir ayaqqabısı isə 2021-ci ildə 1,47 milyon dolara satılıb. Həmin dövr üçün bu rekord məbləğ hesab olunurdu.
İdmançının bu ayaqqabısının da rekord qiymətə satılacağı idda edilir.
