Güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinə yeni legioner cəlb edilib.
Söhbət 29 yaşlı ukraynalı Dudyak İlona Semkivdən gedir. O, hazırda yığmanın düşərgəsində təlim-məşq toplanışındadır. 55 kq çəki dərəcəsində yarışan Semkiv ölkəmizi ilk dəfə aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil ediləcək Avropa çempionatında təmsil edəcək.
Lvov güləş məktəbinin yetirməsi olan idmançı karyerası ərzində dörd il yarışlardan ayrı qalıb. Buna onun 2018-ci ildə antidopinq qaydalarını pozması səbəb olub.
İlona 2017-ci ildə Avropa çempionatında gümüş medal qazanıb.