Argentinalı hücumçu Lionel Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transferini təxirə salmaq istəməsi məlum olub. 
Xarici media məlumatına görə, hücumçu “Barselona”ya qayıtmağa ümid etdiyi üçün 2024/2025 mövsümü üçün Səudiyyə Ərəbistanı komandasına keçidi təxirə salmaq istəyir. Qeyd olunur ki, futbolçunun nümayəndələri artıq “Əl-Hilal” rəhbərliyinin üzvləri ilə bu məsələni müzakirə ediblər.
İyunun 5-də hücumçunun atası Xorxe oğlunun yenidən İspaniya klubunda oynamaq istəyindən danışıb: “Messi Barselonaya qayıtmaq istəyir və mən onun qayıtmasını istərdim. Belə bir ssenari mümkündür”.