Rafael Gerreyro karyerasını "Bavariya"da davam etdirəcək. 
29 yaşlı müdafiəçi gələn həftə müqavilənin şərtlərini danışmaq üçün Münhenə yollanacaq. Sözləşmənin müddəti 2026-cı ilədək nəzərdə tutulub. 
Qeyd edək ki, Gerreyro 2016-cı ildən "Borussiya"da (Dortmunt) çıxış edirdi.