Konyaspor matçında zədələnərək ağlayan Beşiktaşın oyunçusu Cenk Tosun meydanı xərəkdə tərk edib.
 
Xarici mətbuat xəbər verir ki, superliqada mövsümün son oyununda zədələnən milli futbolçunun, yuxarı sağ ayağında yırtıq aşkarlanıb.
2 ay oyundan uzaq qalması gözlənilən Tosun əməliyyat olunmağa qərar verərsə, bu müddət 3,5 aya qədər ola bilər.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm ağ-qara forma ilə 34 oyuna çıxıb.
Milli futbolçu bu matçlarda 18 qol vursa da, 8 məhsuldar ötürmə edib.