Direktor rüşvətə görə həbs edildi
25-09-2020, 12:39
66

Direktor rüşvətə görə həbs edildi

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Məmmədov Natiq Həmid oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri ilə Natiq Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Müəllimlər İnstitutunun Qazax fililalının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

Bundan başqa, Natiq Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin may ayında “Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatına məxsus olan 15 min 600 manat məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədərək həmin sənədlərdən istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Natiq Məmmədovun vətəndaşın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsi və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsində işlə təmin olunmasına köməklik göstərilməsi müqabilində sonuncunu ümumilikdə ona 7 000 manat pul  verməsinə təhrik edərək həmin şəxsdən 5 000 manat miqdarda pul alaraq təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.

24 sentyabr 2020-ci il tarixdə Natiq Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilmiş, Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Oxşar xəbərlər

Bələdiyyə sədrinə cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Şirkət direktoruna cinayət işi açıldı
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Güllübulağ”ın rəhbəri həbs edildi
Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Baş prokurordan yeni TƏYİNATLAR
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi