Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?
16-04-2020, 16:00
180

Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?

“Əgər ölkədə fövqəladə vəziyyət yaranarsa, quraqlıq və su problemi ilə bağlı əlavə qanun layihəsinin hazırlanmasına ehtiyac yarana bilər”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev kənd yerlərində quraqlıq problemindən danışarkən deyib.

“Bu gün fövqəladə hal yoxdursa, müəyyən qaydada su təminatının ödənilməsi təmin olunursa, belə bir qanun layihəsinə ehtiyac yoxdur” - deyə komitə sədri əlavə edib.

Tahir Rzayev ölkə rəhbərinin daimi olaraq əhalinin suya olan tələbatı ilə bağlı çox ciddi tapşırıqlar verdiyini də söyləyib:

“Bu məsələlər diqqət mərkəzindədir. Rayonlarda su problemi var və bu sahədə çox ciddi tədbirlər görülür. Minlərlə subartezian quyularının qazılması ilə bağlı ölkə başçısının sərəncamları var. Təmsil olunduğum Ağcabədi rayonunda 30, Oğuz rayonunda 10 subartezian quyusunun yenidən qazılması ilə bağlı dövlət başçısı sərəncam verib. Cənab prezident bununla əlaqədar çox ciddi tədbirlər görüb. Yeni su anbarlarının yaranması, yeni su hövzələrinin tapılması ilə bağlı müəyyən sərəncamlar, təkliflər mövcuddur. Bu sahədə ölkə başçısının çox ciddi tapşırıqları var”.

Komitə sədri quraqlıq problemindən də söz açıb:

“Bunlar quraqlıqdan yaranan problemlərdir. Yağışlı günlər az olur və əvvəlki kimi qar yağmır. Ona görə də torpağın səthində su azalıb. Torpağın səthində su azalması məhsuldarlığa çox pis təsir edir. Kənd təsərrüfatı ilə məşğul olan insanlar bol və keyfiyyətli məhsul götürə bilmir. Bu da ciddi problemlərə yol açır”.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans müşavirəsindəki yekun nitqində Azərbaycanda quraqlıq probleminə toxunub.

"Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir", - deyə Prezident bildirib.

Oxşar xəbərlər

Prezident 700 min ayırdı
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident bu dövlət qurumuna pul ayırdı
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
“65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox”
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
Gürcüstan fövqəladə vəziyyət rejimini uzatmayacaq
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır
Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq - Deputatdan açıqlama
Əhmədzadənin subartezian biznesi
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
Bu ölkə sentyabrın 1-dən karantini ləğv edəcək
Misirdə fövqəladə vəziyyətin müddəti üç ay uzadıldı
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
“Azərbaycan xain və düşmənlərə qarşı amansız mübarizə aparır” - Tahir Mirkişili
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Milli Məclisin deputatlarına tapança verilib?
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
İlham Əliyev Şamaxıya pul ayırdı
FHN əməkdaşlarının hüquqları artırılır
Elman Rüstəmovdan lombardlarla bağlı MÜHÜM AÇIQLAMA