Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”
16-04-2020, 13:05
260

Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”

Son günlər bazarda ərzaq məhsullarının keyfiyyətinə nəzarət sanki arxa plana keçib.

İddia olunur ki, bəzi marketlərdə satışa vaxtı keçmiş ərzaq məhsulları çıxarılır.

Bu iddialar nə dərəcədə doğrudur?

Cebhe.info-nun bu suallarını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb.

-Eyyub müəllim, karantinlə əlaqədar bazarda qida məhsullarının keyfiyyəti məsələsi də sanki arxa plana keçib. Bazara nəzarət imkanlarınız varmı?

-Təəssüf ki, bu günlərdə, tələbatın artdığı, hərəkət məhdudiyyətinin olduğu bir vaxtda bununla bağlı 6-7 istehlakçı zəngi gəlir. Birmənalı şəkildə vaxtı keçmiş məhsulların satışı qadağandır. Buna nəzarət edən yetəri qədər ictimai qurum yoxdur. Azad İstehlakçılar Birliyi ilə yanaşı onlarla belə qurum lazımdır ki, bu işlərə nəzarət etsin. Bu məsələdə istehlakçılar da diqqətli olsunlar. Qida təhlükəsizliyi agentliyi isə yalnız qidaların təhlükəsizliyini təmin edir.

-İddia olunur ki, iri marketlər anbarlarda qalan keyfiyyət standartlarına cavab verməyən məhsulları bazara çıxarır. Bu iddia nə dərəcədə doğrudur?

-Daim köhnə məhsulların bazara çıxarılması, marketlərdə satılması baş verib. Yəni hər gün tonlarla məhsulun yararlılıq müddəti bitir. Onlar necə məhv edilir, utilizasiya olunur, həmişə qaranlıq məqam kimi qalıb. Nəzarət edən müvafiq dövlət orqanı satıcıya deyir ki, yararlılıq müddəti keçmiş məhsulları məhv et, bizə isə akt ver. Lakin təcrübə göstərir ki, onlar belə məhsulları məhv etmir, distribüterə qaytarır, distribüter isə öz növbəsində məhsulun tarixini dəyişdirir, yenidən istehlakçıya satır. Məsələn, yeşiklərdə olan konfetlər boşaldılıb açıq satılır, peçenyalar qablaşdırmadan çıxarılır, sellofana bükülüb satılır və s. İllər boyu bu proses davam edir. Azərbaycanda malların məhv olunması qanunu yox, Lomonosovun maddənin itirilməməsi qanunu hökm sürür. Heç nə məhv olmur, heç nə dəyişmir, bir şəkildən digər şəkilə düşür.

-Bakıda Pribaltika, Belarus, Ukrayna, İran məhsulları mağazaları var. İddia var ki, həmin mağazalarda yerli məhsullar da satılır. Məsələn, Belarus istehsalı etiketi ilə satılan məhsul Azərbaycanda qablaşdırıla bilərmi?

-Əlbəttə ki, Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin mağazalarında yerli məhsulların həmin xarici etiket adında satılması istisna olunmur. Çünki bu sahədə nəzarət yoxdursa, belə hallar baş verə bilər. Bu barədə konkret şikayətlər gəlməyib. Lakin istisna olunmur ki, belə hallar var. Qeyd etdiyim kimi, nəzarət edən müvafiq dövlət orqanı neçə ildir, fəaliyyət göstərmir, bu sahə tamamilə açıq qalıb. Hökumətin istehlakçı siyasəti zəif olduğundan bu kimi məsələlər istisna olunmur. Əhalinin böyük narazılığı var, insanların apteklərdə, xəstəxanalarda növbəyə dayanması, hamısı qidadan asılıdır. Çüni böyük Hippokrat deyir ki, nə yeyiriksə, ondan ibarətik.

Oxşar xəbərlər

Apteklərdə köhnə maskalar və keyfiyyətsiz spirt satılır?
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Pandemiya dövründə əsgərlərin qida rasionu necə tənzimlənir? - Xidmət rəisi açıqladı
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
Məmurların korrupsiya əməllərinə göz yuman qurumlar bunlardır - SİYAHI
“Lotu Quli”nin nəzarət etdiyi sahələr bölü,dürüldü
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
AZAL vətəndaşların pullarını niyə qaytarmır?
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi - SİYAHI
“Binə” və “Sədərək”də nə baş verir? – İşləməyənələrdən də icarə haqqı tələb olunduğu deyilir
Səudiyyə Ərəbistanında polis karantinlə əlaqədar şəxsi evlərdə də yoxlama apara bilər
Bakıda və digər şəhərlərdə 15 günlük sərt karantin rejimi başlayıb - Qadağalar
Pambıq paltarlar koronavirusdan qoruyur? - Həkimdən açıqlama
“Best beef” kolbasasından görün nə çıxdı-FOTO
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Əli Həsənov daha bir media rıçaqını itirir
“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Vüsal Kərimli milyonları necə havaya sovurdu... - BNA-dan narazılıq...