Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
21-04-2020, 18:00
166

Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb

Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb.
Nazirlikdən Trend-ə bildirilib ki, Çağrı Mərkəzi tam gücü ilə fəaliyyət göstərir.
Qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi çərçivəsində bir sıra strukturların fəaliyyəti sosial təcridetmə tələblərinə uyğunlaşdırılıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən hələ ötən ay Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə onların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bütün bunlar isə təbii ki, Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə müraciətlərin sayının kəskin şəkildə artmasına səbəb olub. Son 3 həftə ərzində Mərkəzə daxil olan zənglərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artaraq 73.555-ə çatıb. Bu müddət ərzində itirilmiş zənglər və zəng sifarişləri üzrə edilən əks əlaqələr də daxil olmaqla, ümumilikdə 35.663 zəng təmsilçilər tərəfindən cavablandırılıb.
Daha çox vahid bəyannamənin tətbiqi, onların doldurulma və göndərilmə qaydaları (daxil olan sualların ümumi sayında xüsusi çəkisi - 14%), "Asan imza" sertifikatının yeni formadan əldə edilməsi (13%) barədə sualların sayı artıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən maliyyə dəstəyi ilə bağlı da müraciətlərin sayında ciddi artım qeydə alınıb.
Vergilər Nazirliyinin Çağrı Mərkəzinin bütün əməkdaşlarının tam tərkibdə və daha gərgin rejimdə fəaliyyəti göstərmələrinə, zəngləri qəbul etmək üçün mövcud 180 kanalının imkanlarından tam şəkildə istifadə olunmasına, sualların cavablandırılmasına əlavə işçi qüvvəsinin cəlb edilməsinə baxmayaraq, vergi ödəyicilərindən iş yükünün həddindən çox artmasını nəzərə alaraq, nazirliyin rəsmi internet səhifəsinə müraciət etmək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış olmaq tövsiyə olunur.

Oxşar xəbərlər

Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
VÖEN-i olduğu üçün 190 manat ala bilməyən nə etsin? - Qaydanı burdan oxuyun...
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
Təhsil Nazirliyi vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Fürsətkeş deputat xalqın başına gələn bəladan da dividend qazanmaq istəyir
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
İyun ayında ölüm halları kəskin artıb - Ötən illə müqayisədə 2163 nəfər...
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
"Azercell"in Müştəri və Səyyar Müştəri xidmətləri işini fasiləsiz davam etdirir
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Rusiyada koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Astarada karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olundu
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Operativ Qərargah məlumat yaydı: 15 iyun 2020-ci il tarixinədək uzadılır...