Neft erası başa çatır: “Azərbaycan üçün çətin dönəm…” - TƏHLİL
21-04-2020, 23:00
224

Neft erası başa çatır: “Azərbaycan üçün çətin dönəm…” - TƏHLİL

“Dünya neft bazarında qiymətlərin kəskin düşməsi əsasən siyasi proseslərdən qaynaqlanır. Bu, heç də neft erasının başa çatması anlamına gəlmir, müvəqqəti xarakter daşıyır və dünya nizamında ABŞ-ın siyasi və iqtisadi möveyinin güclənməsinə hesablanıb”.

Bunu Cebhe.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ-ın iqtisadiyyatı neft gəlirlərindən asılı olmadığı üçün hazırkı mərhələdə Vaşinqton Rusiyanın iqtisadiyyatına ciddi və ölümcül zərbə vurmaqdadır. Həmçinin İran və Venesuelanın iqtisadi kollaps yaşamasını reallaşdırır:

“Koronavirus pandemiyası və neft qiymətlərinin kəskin enişi neft ixrac edən ölkələr üçün əsl kabusdur. Bu bir daha sübut etdi ki, təkcə neft sektorunu inkişaf etdirmək risklidi və özü ilə siyasi problemlərə yol aça bilər. Çünki hər bir ölkənin iqtisadi dayanıqlığı onun siyasi sabitliyinin qarantıdır. Uzun illərdir ki, neft gəlirlərindən asılı olan bir ölkə qeyri-neft sektonu inkişaf etdirməməklə, hazırkı mərhələdə çox ciddi sınaqlarla üzləşir və dünyada bu tendensiya uzun müddət davam edəcək. Neftin daha 100 dollar civarında satılacağı individualdır.

Ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sahəyə ayrılan milyardlarla dollar təəssüf ki, öz müsbət nəticəsini vermədi. Ayrılan vəsait korrupsiyaya bulaşdı və ayrı-ayrı məmurlar tərəfindən mənimsənildi.

Artıq proses elə vəziyyətə gəlib çıxdı ki, dövlət başıçısı İlham Əliyev də açıq şəkildə yüksək çinli məmurların bu çirkin əməllərini tənqid etdi.

Artıq liberal iqtisadiyyat və monopoliyanın qaldırılması istiqamətində ciddi islahatlara ehtiyac var. Məhz dövlət başçısı İlham Əliyev də bu istiqamətə nəzarət mexanizmini həyata keçirir. Hökumətin mobil və çevik sürətdə iqtisadi və siyasi islahatlara getməsini nəzərə alaraq ölkəmizin iqtisadi dayanıqlığını təmin etmək olar. Koronavirus və neft qiymətlərinin kəskin düşməsi bir aydan sonra iqtisadiyyatımıza mənfi təsir edəcək. Ona görə də ciddi şəkildə, yalnız islahatlarla bu böhranı önləmək olar”.

Politoloq qeyd edib ki, Azərbaycan müharibə şəraitindədir və milyardlarla dollar məbləğində silah alışı həyaya keçirir. Neft qiymətlərində kəskin eniş və digər sahələrin inkişaf etdirilməməsi bizim üçün çətin bir dönəm olacaq:

“Silahlanma bizim üçün ən başlıca prioritetdi. Bizə heç kim aşağı qiymətlə və havayı silah verməyəcək. Ona görə də silahlanma üçün vəsait yetərli olmalıdır və Ermənistana sevinmək üçün əsas verməməliyik.

Qeyd edim ki, AXCP sədri, millət vəkili Razi Nurullayev daima qeyri-neft sektonun inkişaf etdirilməsini vurğulayıb. Partiyanın bu istiqamətdə təklifləri hökumətə təqdim olunub və bu təkliflərin bəzilərinin həyata keçirilməsi baş tutub. Bir neçə ildir ki, verilən siyasi-iqtisadi təkliflər bu gün üçün idi. Hazırda millət vəkili Razi Nurullayev parlamentdə bu istiqamətdə çalışaraq xalqın və dövlətin maraqlarını əks etdirən təkliflərini irəli sürür”.

Oxşar xəbərlər

Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
“Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”
Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
Xoşbəxt Yusifzadə: "Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatı var"
“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"
Neft emalı zavodları bağlanır
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
ABŞ neft üçün Suriyada qala bilər - Pentaqon
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
Dünya yeni düzəndə - Postpandemiya dünyası bizə nə vəd edir?
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir"
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
“Ölkəsinin yox ediləcəyindən qorxur” – Şahzadə haqda sensasion iddia
Kür çayı Xəzərə qovuşdu
ABŞ hərəkətə keçdi: Hərbi texnika göndərilir
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
“İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır” - Prezident
Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib – MANATIN TALEYİ