Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
22-04-2020, 18:00
284

Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA

“Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub. Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 85,4 min artıb”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumda videobağlantı formasında keçirilən kollegiya iclasında deyib.
Onun sözlərinə görə, bu artım, əsasən, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olub:
“Yeni müqavilələrin hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılması, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsi tapşırılıb”.
S.Babayev qeyd edib ki, dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər, bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olundular:
“Bu proqramın əhatə dairəsi üç dəfədən çox genişlənərək, 600 min nəfəri əhatə edəcək. Birdəfəlik ödəmə proqramının icra səviyyəsi son 12 gündə artıq 50 faizə çatıb. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib.
Birdəfəlik ödəmə proqramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb.
Bu imkandan istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparılmalıdır. Xüsusilə qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun müəyyən olunması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanmalıdır”.

Oxşar xəbərlər

13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Sahil Babayevdən yeni TƏYİNAT
190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
“Bəzi qurumlar əməkdaşları ilə müqavilə bağlamağa məcbur olub”
“Mars Overseas Baku”dan ÖZBAŞINALIQ
Gələn ildən pensiyalar artacaq - Nazir
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Əli Əhmədov təcili iclas keçirdi
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Koronavirus işləyən və işsizlərin sayını necə üzə çıxardı?
"Pensiyalar artacaq" - Nazir
Pandemiya dövründə işdən çıxarmalar və az yazılan maaşlara görə cinayət işi açıla bilər
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
190 manatın verilməsi başa çatdırıldı
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Əlillərin müavinətlərinin kəsilməsi, uğursuz kadr siyasəti və…
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
İşdən çıxarıldığı “Azsığorta”-dan 50 min tələb edir - Çəkişmə...
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
Neçə icra başçısının başı ağrıyacaq
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı