Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
21-12-2020, 17:14
163

Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayında Azərbaycanda qida məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz bahalaşıb. Bu ilin noyabr ayında qida məhsullarının qiyməti əvvəlki ilin müvafiq ayına nisbətən 3,4 faiz yüksəlib. Məsələn, oktyabr-noyabr ayına nisbətən yumurtanın qiymətində 3 faiz, tərəvəzlər də isə 4,3 faiz artım olub. Həmçinin noyabrda toyuq ətinin də qiyməti yüksəlib.

Bundan başqa , ərzaq inflyasiyası noyabrda 0.4 faiz, son 12 ayda isə 3.9 faiz təşkil edib. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6.5 faiz artması da təsir göstərib.
Bəs, bahalaşmanın səbəbləri nədir və bu proses nə vaxta və hansı həddə qədər davam edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, qiymət artımını şərtləndirən mövsümi səbəblər və bu ilin spesifikasından irəli gələn problemlər var:

“Uzun illərdir, noyabr-dekabr aylarında Azərbaycanda qiymət artımının sürəti həmişə yüksəlir. Çünki yeni il qabağı alış-veriş və tələbat artır və bu, bir sıra ərzaq məhsulların qiymətinin bahalaşmasına səbəb olur. Həmin dövrdə meyvə-tərəvəzdə mövsümi səbəbdən yerli məhsulların yavaş-yavaş bazardan çəkilməsi və ya azalmasına görə qiymət artımı sürətlənir”.

İqtisadçı qeyd edib ki, qiymət artımı mövsümi və uzun illərdir davam edən səbəblərlə əlaqəlidir, lakin burada spesifik məsələlər də var:

“Məsələn, toyuq əti ilə yumurta bol zülallı və kalorili olan nisbətən ucuz məhsul növünə aiddir. İnsanların alıcılıq qabiliyyəti aşağı düşdükcə, qırmızı ətdən və balıqdan daha çox toyuq əti və yumurtanın istehlakına yönəlməsi gözlənilən hal idi. Tələbin artması fonunda təklifin yerində qalması və ya artmaması qiymətin yüksəlməsinə səbəb olan əsas amillərdən birinə çevrilir”.

Ekspertin fikrincə, mövsümi səbəblərdən mart ayına qədər bəzi məhsullar üzrə qiymət artımı prosesinin davam etməsi gözləniləndir və bu ehtimal çox yüksəkdir:

“Son 10-15 ili analiz etsək, aşağı-yuxarı eyni qrafik və eyni dinamika görürük. Aprel-may aylarında isə yerli məhsulların bazara çıxma sürəti artdıqca, qiymətlərdə müəyyən tənzimlənmə müşahidə olunur. Çox güman ki, yaxın 3-4 ayda qiymət artımının, bu tendensiyanın davamının şahidi ola bilərik”.

Oxşar xəbərlər

Azərbaycanda gələn il qiymət artımı olacaq? - Mərkəzi Bank açıqladı
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
Azərbaycanda sərnişin və yük daşınması kəskin azalıb - RƏSMİ
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
İnflyasiya əhalinin gəlirlərindəki artımı silib
Qızıl noyabrda rekord həddə ucuzlaşıb
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Neft ucuzlaşır... - SƏBƏB
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Avtobus və taksi istifadəçilərinin sayı kəskin azalıb
Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?
İntihar edənlərin sayı koronavirusdan ölənlərin sayından çoxdur
Əhalinin banklarda nə qədər pulu var? - MƏBLƏĞ
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA
Ermənistanda ərzaq məhsulları kəskin bahalaşdı - VİDEO
Gələn ildən pensiyalar artacaq - Nazir
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Bakıda koronavirusa ən çox yoluxma Binəqədi rayonundadır
“SOCAR Polymer” ixracını 33 faiz artırıb