Azərbaycanda bu sahibkarlara ciddi maliyyə sanksiyaları XƏBƏRDARLIĞI
25-04-2020, 13:00
131

Azərbaycanda bu sahibkarlara ciddi maliyyə sanksiyaları XƏBƏRDARLIĞI

“Son günlər apardığımız təhlillər nəticəsində müəyyən olunub ki, bəzi hüquqi və fiziki şəxslər ölkənin müxtəlif regionlarında yerin təkindən – qum, çınqıl yataqlarından, qarışıq süxurlardan icazəsiz və qanunsuz istifadə edirlər”.
Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bunun üçün heç bir müvafiq icazə sənədi alınmır, qaydalara əməl edilmir:
“Bəzi şirkətlər bu işi yol çəkilişi və ya hansısa abadlıq-quruculuq işlərinin görülməsi məqsədilə həyata keçirdiklərini açıqlayaraq, bununla məsuliyyətdən yayınmaq istəyirlər.
Birmənalı şəkildə bildiririk ki, fəaliyyətin sferasından asılı olmayaraq, bu tipli işlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılaşdırılmalı və sənədləşdirilməlidir. Yalnız müvafiq icazə verildikdən və yatağın həcminin qiymətləndirilməsi ilə bağlı ekspertiza rəyi alındıqdan sonra ondan istifadə etmək olar.
Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə olan müvafiq normativlərə Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli müvafiq qərarı ilə yenidən baxılıb və xeyli dərəcədə yüksək tariflər müəyyən edilib”.
H.Əlizadə bildirib ki, həmin qərar verilənə qədər Azərbaycanda yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə olan müvafiq normativlər Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli qərarı ilə tənzimlənirdi:
“Yəni əvvəlki qərarla müqayisədə, son qərarda istər qum, çınqıl yataqlarından, istərsə də digər qiymətli və yarımqiymətli faydalı qazıntılardan istifadəyə görə tariflər orta hesabla 4-5 dəfə artırılıb.
Əvvəl 1 kub qumun qanunsuz götürülməsinə görə dəymiş ziyan beş manat olduğu üçün 100 kub qumun götürülməsinə görə dəyən ziyan 500 manat hesablanırdı.
İndi 100 kub qumun qanunsuz götürülməsinə görə dəyən ziyan (1 kub 20 manat) 2000 manat məbləğində müəyyən edilib. Bəzi süxurlarda isə dəyən ziyan hətta 5-5,5 dəfə çox hesablanır. Təbii ki, bu da ciddi hüquqi pozuntulara gətirib çıxarır. Nəticə bu işi qanunsuz görən şirkətləri ciddi maliyyə sanksiyaları ilə üz-üzə qoyur”.
“Əgər qanunsuz hərəkət, icazəsiz istismar xüsusi mühafizə olunan təbiət ərazilərində baş veribsə, bu halda dəyən ziyan üçqat hesablanır.
Ona görə də faydalı qazıntı yataqlarının istismarçılarına xəbərdarlıq edirik ki,  bu işə başlamazdan əvvəl müvafiq sənədləşməni aparsınlar və yalnız istismar üçün icazə alındıqdan sonra fəaliyyət göstərsinlər”, - deyə nazirlik rəsmisi qeyd edib.

Oxşar xəbərlər

Bu sürücülər 400 manat cərimələnəcək
Muxtar Babayev onu sədr təyin etdi - FOTO
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Dövlət qurumlarından balıq tutanlara xəbərdarlıq
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
ETSN: Azərbaycanda nərələrin sənaye ovuna icazə yoxdur
İki saatlıq icazə ilə rayonu tərk etmək istədi, həbs olundu
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub
Təbiətə ziyan vuran şirkət 14 min manat cərimələndi
Bu yataq ölkəmizə milyardlar qazandıracaq
Bu şəxslərin icazəsi ləğv edildi
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Bakıda gecə saatlarında 30-a yaxın ağac ekskavatorla məhv edilib
Şirkətlər və sahibkarlar üçün - YENİ CƏRİMƏLƏR
8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...
Dəniz kənarını çirkləndirən bələdiyyə sədri cərimələnib
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? - RƏSMİ AÇIQLAMA
“Kimliyindən asılı olmayaraq hər bir kəs karantin qaydalarına əməl etməlidir” – Mahir Abbaszadə
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
“Bəzi nazirlərimizin hansı dildə danışdığı bilinmir”
TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ – BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar