Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
27-04-2020, 14:00
124

Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı

Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradılıb.
Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" Çağrı mərkəzinin iki yeni xidmət - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.
Psixoloji dəstək xətti 3 istiqamətdə fəaliyyət göstərəcək:
- Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, krizis anında və ya tükənmişlik hiss etdiklərində onlayn qısa terapiya xidməti)
- İctimaiyyət üçün psixoloji dəstək
- Xəstələr üçün psixoloji dəstək
Bildirilib ki, hazırda ölkədə xüsusi karantin rejiminin elan olunduğunu nəzərə alaraq, əhaliyə ehtiyac olmadıqca evdən çıxmamaq tövsiyə olunub. Ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısını almaq və karantin dövründə tətbiq edilən məhdudiyyətlərə əməl etməni təmin etmək məqsədilə vətəndaşların evdən çıxmadan lazımi poliklinika xidmətləri almaları, poliklinik xidmətlərlə bağlı dəstək xətti vasitəsilə mümkündür.
Belə ki, vətəndaşlar səhhətlərində yaranan narahatlığın səbəbi barədə məlumat almaq üçün Agentliyin "1542" Çağrı mərkəzinin poliklinik xidmətlərlə bağlı dəstək xəttinə zəng edə bilərlər. Zəng edən şəxslərin müraciətləri həkim-məsləhətçilər tərəfindən cavablandırılacaq. Müraciətçi ilə söhbət zamanı ehtiyac olarsa, həkim-məsləhətçi Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və ya onun müalicə həkiminə müraciət etməyi tövsiyə edə bilər.
Xatırladaq ki, agentliyin Çağrı mərkəzi vasitəsilə koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat almaq da mümkündür.
Vətəndaşlar Çağrı mərkəzinə stasionar və mobil telefonlardan "1542" nömrəsini yığmaqla zəng edə bilərlər.

Vətəndaşlar Çağrı mərkəzinə müraciət etdikdə
- koronavirus epidemiyası ilə bağlı məlumat almaq üçün - 1542-0
- icbari tibbi sığorta və digər məsələlərlə bağlı məlumat almaq üçün - 1542-1
- psixoloji dəstək üçün - 1542-2
- poliklinik xidmətlərlə bağlı dəstək üçün isə 1542-3 düymələrini seçməlidirlər.
Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, icbari tibbi sığorta ilə bağlı xətti isə iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Agentlik tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, qurumun səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə "1542" Çağrı mərkəzi fevral ayından etibarən fəaliyyət göstərir.

Oxşar xəbərlər

Ədliyyə nazirindən məhkumlara psixoloji yardımla bağlı QƏRAR
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Nazirdən məhkumlarla bağlı əmr
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
Sağlamlıq imkanı məhdud uşaqların I sinifə qəbulu qaydası açıqlandı
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Türkiyəli müğənni inadcıl fanatının məktubunu yaydı: “Birlikdə öləcəyik” - FOTO
“Günay Sığorta”da yeni TƏYİNAT
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"
Siyəzən polisi kimsəsizlərə yardım edir, nəzarəti gücləndirir
YAP 200 min manat yardım edəcək - Koronavirusla Mübarizəyə Dəstək Fonduna
TƏBİB: Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir
Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
Heydər Əliyev Fondu eşitmə qüsurlu uşaqları sevindirdi - FOTOLAR
Prezident “Tibbi sığorta haqqında” qanuna dəyişiklik etdi
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Karantin sərtləşdirilsin, yoxsa? - Məşhurlar son günlərin ən vacib sualına cavab verir
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?