Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
28-04-2020, 15:30
240

Parklanmaya görə cərimələr bərpa edilir - FOTO

Karantin rejimi ilə əlaqədar Bakının küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq, aprelin 21-dən  dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılıb.
Bu addımın həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək nümayiş etdirmək məqsədilə atılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi açıqlama yayıb.
Məlumata görə, aprelin 27-dən karantin rejiminin yumşaldılması, eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır.
Nəticədə, bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda, piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.
Mövcud vəziyyət müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda, bu hal SMS vasitəsilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, mayın 1-dən etibarən agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək.
Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.




Oxşar xəbərlər

Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb
Hazırda paytaxtın bu yollarında tıxac var
Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Bakı metrosu bu gündən BAĞLANIR
Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır – BNA
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Bakının bəzi yollarında sıxlıq yaranıb - Foto
Bakının bir çox yollarında sıxlıq yaranıb
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
BNA: Bakı küçələrində sıxlıq müşahidə olunur
Sürücülərin nəzərinə: Bakının bu hissəsində... - FOTOLAR
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi
Bakının bu ərazilərində polis postları götürüldü
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
Bu sürücülər 400 manat cərimələnəcək
Bakının bu küçəsində hərəkət məhdudlaşdırıldı