Apteklərdə köhnə maskalar və keyfiyyətsiz spirt satılır?
30-04-2020, 15:00
238

Apteklərdə köhnə maskalar və keyfiyyətsiz spirt satılır?

Karantin dövründə Azərbaycan Azad İstehlakçılar Birliyinə (AİB) çoxlu sayda şikayət zəngləri gəlir. İstehlakçılar apteklərdə həddindən artıq nazik və yeniyə heç bənzəməyən keyfiyyətsiz tibbi maskaların satıldığını bildirirlər.
Tibbi spirtin keyfiyyəti ilə əlaqədar da şikayətlər daxil olub. AİB-ə müraciət edənlərin sözlərinə görə, bəzi şüşələrin içindən ümumiyyətlə spirt qoxusu gəlmir, elə bil ki, tərkibinə nə isə qatılıb.
Bu barədə Media.Az-a AİB rəhbəri Eyyub Hüseynov deyib.

Eyni zamanda, qurum rəhbəri bu yaxınlarda keyfiyyətsiz toyuq satışına dair məlumatların da daxil olduğunu bildirib. 
“Bundan əlavə, oxşar şikayətlər əvvəllər Qida Təhlükəsizliyi Agentliyinə də daxil olub. Araşdırma zamanı məlum olub ki, Azərbaycan vətəndaşı ölkəyə gətirilən məhsulları emalatxanasında qeyri-standart şəraitdə saxlayıb. Həmçinin, məlum olub ki, çəkinin artırılması üçün naməlum mənşəli məhlul məhsula inyeksiya edilib. Üstəlik, bu toyuqların satışı “Siyəzən çolpa” və “Cücələrim” markaları altında satılıb. Məhsulların istifadə müddətinin başa çatdığı da məlum olub.
Qida Təhlükəsizliyi Agentliyinin işçiləri tərəfindən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Nümunələr isə sonrakı tədqiqatlar üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Buna baxmayaraq, istehlakçılar yenə də AİB-ə zəng edərək narahatlıqlarını bildirirlər. Mən ekspertizanın nəticələrini əldə etmək üçün artıq müvafiq dövlət qurumlarına və Agentliyə müraciət hazırlayıram”, - deyə AİB rəhbəri qeyd edib.
E.Hüseynov “Göy-göl şərab” markası ilə satılan “İçməli spirtli” içki məhsullarından da şikayət olduğunu söyləyib.
“Məlum olub ki, bu məhsullar aksiz markası olmadan satılır. Etiketdəki nömrələrə zəng etdim. Xəstəxanadan və mənzildən mənə cavab verdilər. Belə çıxır ki, bazarda saxta məhsullar satılır. Biz bu məsələ ilə də məşğuluq, şikayətləri aidiyyəti dövlət qurumlarına göndərməyi planlaşdırırıq”, - deyə E.Hüseynov sözlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Bakıda tibbi maskalı kişi aptekə basqın etdi
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
Azər Maqsudov: “Bakıda iki nəfəri ilan sancıb”
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
13 şəhər və rayonlarının ərazisinə bəzi şəxslərin giriş-çıxış qaydası məlum olub
Yenə yararsız at satışı - Qarşısı alındı
Pandemiya dövründə əsgərlərin qida rasionu necə tənzimlənir? - Xidmət rəisi açıqladı
Ermənilərdən növbəti təxribat - Məsciddə spirt içdilər
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
Azərbaycanda 58 nəfəri ilan sancdı
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
TƏBİB onlayn sifariş edənlərə müraciət etdi - Diqqət!
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
“Best beef” kolbasasından görün nə çıxdı-FOTO
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
SOCAR və AZƏRSU-ya xüsusi geyim hazırlayan ALYANS TEKSTİL şirkəti kimindir ?
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
Avtomobil oğurlayan keçmiş məhkum saxlanıldı
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?
Azercell koronavirusa görə MEDİA-nın pulunu kəsdi- Daha saytlar şirkətdən “aylıq” almayacaq