Manat ucuzlaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
12-01-2021, 14:08
45

Manat ucuzlaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA

Bu llgün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-yə istinadən verdiyimiz xəbərə görə, hərracda tələb 142,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 yanvar 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 2 dəfə və ya 71,6 mln. dollar artıb. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

AMB qeyd edir ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib: "Lakin neftin qiymətinin ötən illə müqayisədə artdığını, "OPEC+"ın son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək".

Bank əlavə edib ki, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır: "Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir".

Oxşar xəbərlər

Banklar bugünkü valyuta hərracında 58,9 mln. dollar cəlb edib
Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir
Azərbaycanda valyuta hərracında dollara tələb artıb
Neftin ucuzlaşması manata təsir edəcək? - VİDEO
Mərkəzi Bankdan "qara bazar"dakı valyuta mübadiləsiylə bağlı XƏBƏRDARLIQ
14 senytabrda dollar neçəyə olacaq?
21 sentyabrda dollar neçəyə olacaq?
Manatın məzənnəsi
Dollar yeni həftəyə belə başlayacaq
Bu günə olan rəsmi məzənnələr
Manatın məzənnəsi
"Valyuta bazarında vəziyyət normallaşıb"
AMB-nin valyuta məzənnələri
Mərkəzi Bankdan yeni QƏRAR
AMB valyuta məzənnələrini açıqlayıb
Mərkəzi Bankdan dollarla bağlı açıqlama
"Dollar kəskin ucuzlaşacaq" - Ekspert
2021-in dövlət büdcəsi layihəsi Milli Məclisə TƏQDİM OLUNDU
Azərbaycan manatının dövretmə sürəti azalıb
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək? - Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar
"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"
Ermənistanda işsizlik tarixi maksimuma çatacaq
Neft ucuzlaşır... - SƏBƏB
Koronavirusa qarşı vaksin turizm gəlirlərini bərpa edə bilər
Neft yenidən ucuzlaşdı
“Brent” markalı neftin qiyməti 42 dolları keçib - SON DURUM
Növbəti ildə manatın məzənnəsi dəyişəcək? - Açıqlama
Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib – MANATIN TALEYİ