Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək
4-05-2020, 13:00
351

Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək

Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.

Bu məqsədlə Nazirlik tərəfindən yeni layihə hazırlanıb. Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.

I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq.

Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.

Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.

Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək. Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.

Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində proqramın əhatə etdiyi ailələrin sayı artıb.

Təkcə son bir ayda ünvanlı yardımı alan ailələrin sayı 12 min (50 min ailə üzvü) artaraq 1 may tarixinə 82 mini (342 min ailə üzvü) ötüb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.

Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək

Oxşar xəbərlər

Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Avqust ayı üzrə sosial yardımlar ödənildi
Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR
Bu gün ünvanlı dövlət sosial yardım ödənişləri veriləcək
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
İşsiz vətəndaşlar üçün ŞAD XƏBƏR
“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
“Uşaqpulu” ünvanlı verilməlidir - Deputat
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda pensiyaçıların 57 faizi...
Pensiya ilə bağlı ŞAD XƏBƏR
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
Sahil Babayevdən yeni TƏYİNAT
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Siyahıyaalmadan kənarda qalan şəxslər üçün XƏBƏR
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək