Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
5-05-2020, 19:30
316

Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi

Koronavirus pandemiyası səbəbilə ölkəmizdə bir çox sahələrdə durğunluq müşahidə olunur. Karantin rejiminin hələ də davam etməsi mənzil bazarına da şübhəsiz ki, təsir göstərir.
Cebhe.info-ya açıqlamasında “Əmlak Ekspert Mərkəzi”nin rəhbəri Ramil Osmanlı bildirib ki, əmlak bazarında vəziyyət ürəkaçan deyil. O, bu vəziyyətdən çıxış üçün müəyyən proseslərin davamlı şəkildə bərpa olunmasının vacibliyini vurğulayıb:
"Əmlak bazarında əməliyyatlar demək olar ki, sıfıra enib, məhdudlaşıb. Bunun başlaması üçün təkcə inzibati məhdudiyyət tədbirlərinin aradan qaldırılması yetərli deyil. Eyni zamanda makro iqtisadi sabitlik təmin olunmalıdır. Ən əsası, Azərbaycan manatı üzərindən neqativ təsirlər aradan qalxmalıdır. Neftin qiymətinin sabitləşməsi müşahidə edilməlidir. Ölkəmizə pul axınında artım olmalıdır. Yəni, bu kimi iqtisadi proseslər baş vermədən, təkcə inzibati tədbirlərlə bazardakı fəallığı, aktivliyi bərpa etmək mümkün olmayacaq. Amma hesab edirəm ki, yaxın gələcəkdə ipoteka kreditləri istiqamətində müəyyən aktivləşmə müşahidə olunacaq. Bu bazarda nisbi də olsa aktivliyi bərpa edə biləcək. Xüsusilə də, mənzil bazarında. Digər seqmentlərdə isə belə artım gözlənilmir. Amma hökumət müəyyən tədbirlər həyata keçirməklə daşınmaz əmlak bazarındakı mövcud vəziyyətin aradan qalxmasına təsir edə biləcək".
Ekspert əməliyyat prosesinin demək olar ki, sıfıra bərabər olduğu üçün qiymətlərdəki dəyişimi müşahidə etmədiklərini deyib:
"Əməliyyat olmadığına görə tələb və təklif arasındakı mövcud vəziyyət tamamilə qeyri-mütənasibdir. Heç bir əməliyyat olmadığı üçün biz indiki halda qiymət dəyişməsini müşahidə edə bilmirik. Yəni, qiymət dəyişməsi yalnız əməliyyatlar bərpa olunduqdan sonra müşahidə oluna bilər".
R.Osmanlı əmlak bazarındakı mövcud vəziyyətin bilavasitə koronavirusla bağlı olduğunu söyləyib:
"Dünyada baş verən mövcud iqtisadi problemlərin bilavasitə arxasında dayanan əsas məsələ koronavirusdur. Dünya birjalarında neftin ucuzlaşması, pul axınının azalması, turizm sahəsindəki gerilik - bunlar hər biri həmin xəstəliklə əlaqəlidir. Həmçinin, sözsüz ki, pandemiyanın yaratdığı təsirlər öz sözünü əmlak bazarında da deyir. Ümumiyyətlə, hazırda iqtisadi proseslər makro iqtisadi göstəricilərin azalması ilə müşahidə olunur".

Oxşar xəbərlər

Ev alqı-satqısı bazarında CİDDİ BÖHRAN VAR
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Azərbaycanda karantin rejiminin yumşaldılmasının məqsədi açıqlandı - RƏSMİ
“Payız karantininə indidən hazırlaşmalıyıq”
Neft erası başa çatır: “Azərbaycan üçün çətin dönəm…” - TƏHLİL
“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Dünya yeni düzəndə - Postpandemiya dünyası bizə nə vəd edir?
Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağa götürülüb, aqrar bazarlar açılıb
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
“Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Elə bil ki, Azərbaycan hazırda “qısır döngə”yə girib – MANATIN TALEYİ
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Toylarla bağlı açıqlama
Daha bir məhdudiyyət aradan qaldırıldı
Neftin qiyməti nədən ucuzlaşır? - TƏHLİL
Koronavirus Azərbaycanın sığorta bazarında nələri dəyişdi? - VİDEO
XƏBƏRDARLIQ: Avropanın iqtisadiyyatı çökə bilər
“İnsanlar görürlər ki, gözlərinin qabağında bir qrup adam milyardlar qazanır”
Avqust karantinin son ayı olacaq?
Şadlıq sarayları açılsın! - Deputatdan təklif