Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ
9-05-2020, 13:30
225

Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Atabank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. 
Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilib. 
“Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. 
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: 
- kreditorun adı və ünvanı; 
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 
Ləğv prosesində olan “Atabank” ASC-nin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci ilədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər: 
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi. Əlavə məlumat ücün əlaqə nömrələri: (+99412) 497-87-00; Qaynar xətt – 136. 
Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib.
Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR
Əmanəti bloklanmış şəxslərə şad xəbər
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq
Bağlanmış banklarda əmanətləri qalan şəxslərin nəzərinə - Bu gündən...
Əhali pulunu banklardan çəkir - TƏHLÜKƏ
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
“Lider TV” barədə növbəti məhkəmə qərarı
Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq
Azərbaycanda yubiley və xatirə pul nişanlarının yeni satış qaydası müəyyənləşib
Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”da bloklanan əmanətlərin qaytarılmasına başlanılıb.  Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.  Fonddan bildirilib ki, yaxın günlərdə qaytarılan əmanətlərin həcmi ilə bağlı ic
Məhkəmə “Lider TV” barədə qərar verdi
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Banklar faizləri endirirlər
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
İpoteka kreditlərində güzəştlər olacaq – Risk dərəcələri azaldılır
"AccessBank" bağlanır?