Bu yataq ölkəmizə milyardlar qazandıracaq
12-05-2020, 09:30
188

Bu yataq ölkəmizə milyardlar qazandıracaq

Filizçay yatağı “AzerGold” QSC-nin istismarına hazırlıq gördüyü ən böyük layihəsidir. Balakən rayonunda yerləşən yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünya miqyasında polimetal yataqları arasında öncül yerlərdə qərarlaşıb. 
Hazırda yatağın ilkin hesablanmış filiz ehtiyatlarının, o cümlədən sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metalların ehtimal olunan həcmi 60 milyon tondur”.
Bunu Oxu.Az-a “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev bildirib.
Onun sözlərinə görə, geoloji kəşfiyyat işləri hazırda davam edir və planlaşdırılan tədqiqatlar nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona çatdırılması gözlənilir:
“Hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və s. bu kimi bir neçə uzunmüddətli mərhələni əhatə edir.
Layihədən asılı olaraq, istismara başlamaq üçün orta hesabla beş-səkkiz il arasında vaxt tələb olunur. Bütün bunlar nəzərə alınaraq, Filizçay yatağının istismara verilməsi 2027-ci il üçün planlaşdırılırdı. Lakin bütün səylərimizi səfərbər edərək, layihənin icrasını optimallaşdırmağa nail olduq və deyə bilərik ki, yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq”.
“Hazırda yataqda aktiv kəşfiyyat aparılır və cari ildə 14 min metr dərinlikdə qazma işlərinin görülməsi planlaşdırılır. Bununla yanaşı, ərazidə hidroloji monitorinqin aparılması üçün müvafiq hazırlıq işləri görülür.
Filizçay yatağının istismarı müddətində ölkə iqtisadiyyatına təqribən 10 milyard manat vəsaitin cəlb edilməsi, eləcə də dövlət büdcəsində 1 milyard manat həcmində verginin ödənilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1 000-dən çox yeni iş yerinin açılması deməkdir. Filizçay layihəsinin icrası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək”, - deyə Ariz Tarverdiyev qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib
“Türkiyənin kəşf etdiyi qaz yatağı Norveçin son 10 ildəki kəşflərinin cəmindən böyükdür” – Fatih Birol
Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Prezident maraqlandı, meriya hərəkətə keçdi
Azərbaycanda bu sahibkarlara ciddi maliyyə sanksiyaları XƏBƏRDARLIĞI
İranla müharibə üçün 120 min ABŞ əsgəri, B-52 bombardmançıları və... - QORXUNC SSENARİ REALLAŞIR
Ölkədə balıq ehtiyatları azalıb
Dünya çempionundan yataq pozu - FOTO
ABŞ-da lentə alınan bu film 2019-cu ilin ən gəlirli ekran əsəri oldu
Qalmaqallı şəxsin obyekti istismara qəbul edilmədən Klinika kimi necə işləyib? - Sənəd
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
“Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir”
Əhali pulunu banklardan çəkir - TƏHLÜKƏ
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Sabah dövlət orqanlarının son vaxtıdır - SİYAHI
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Prezident Saleh Məmmədovu qəbul etdi
Bakı Zooparkının istifadəyə veriləcəyi təqribi vaxt bilindi
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı
Nazir cəbhəboyu zonada: tapşırıqlar verdi