Milyardların oğurlandığı tender oyunları: Dövlət büdcəsini belə talayırlar...
21-02-2021, 10:10
49

Milyardların oğurlandığı tender oyunları: Dövlət büdcəsini belə talayırlar...

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehsal Bazarlarına Nəzarət Dövlət Xidmətinin saytında tenderlərlə bağlı məlumatlar bir xeyli diqqət çəkir. Məsələn bəlli olur ki, qaliblər arasında ötən ilin dekabrında yaradılan və kapitalı cəmi 10 manat olan təşkilat da var.
Dövlət Xidmətindən isə “Turan” İnformasiya Agentliyinə mövzu ilə bağlı bunları bildiriblər: “Şəffaflığı təmin etmək üçün 2018-ci ildə «Dövlət satınalmaları haqqında» Qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların,... satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə nəzərdə tutulub”.
Qurumdan bildirildiyinə görə, bu səbəblə «Dövlət satınalmalarının vahid elektron portalı» yaradılıb:
“Açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabətliliyin daha da artırılması, mikro, kiçik və orta sahibkarlığın inkişafına, onlar üçün əlverişli biznes şəraitinin, həmçinin dövlət vəsaitlərinin qənaətlə, düzgün istifadə olunmasına imkan yaradır».
Xidmətdən qeyd edilib ki, bundan əlavə şəffaflığın və rəqabətliyin artırılması üçün bütün tenderlərin elektron qaydada tender.gov.az vasitəsilə keçirilməsi təmin ediləcək:
«Burada əsas məqsəd satınalmalarda alan və satan tərəflərin arasında ünsiyyəti minimuma endirməkdir. Bunun üçün bütün satınalma proseduru avtomatlaşdırılır və dövlət portalı olan tender.gov.az vasitəsilə həyata keçiriləcək».
Dövlət Xidmətindən əlavə olunub ki, satınalan təşkilatların tenderlərin nəticəsi haqqında təqdim etdikləri yekun protokollar təhlil olunur:
«Təhlil prosesi daima aparılır, nəzarətimizdədir. Qiymətin qanunvericiliyə uyğun hesablanmaması, qiymətlərin süni şəkildə şişirdilməsi, satınalan şirkətlə iddiaçı arasında sövdələşmə kimi hallar baş verərsə dərhal tədbirlər görülür»
İqtisadçı Hafiz Babalı da AzadlıqRadiosuna bildirib ki, əvvəllər ekspertlər də tenderlərin və dövlət satınalmaların elektron qaydada keçirilməsinə çağırıb: «Dünya Bankı da böyük vəsait ayırmışdı ki, Azərbaycanda dövlət satınalmaların və tenderlərin keçirilməsi elektron formatda təşkil olunsun. Lakin nəticədə biz nə ilə qarşılaşdıq? Nəticə ondan ibarət oldu ki, elektron satınalmalar bizi bu vaxta qədər olan satınalmalara şükür etdirdi».
Ekspert qeyd edib ki, saxta tenderlər artıq elektron formata keçib: «Əvvəllər biz görürdük ki, saxta və proksi şirkətlər qapı dalında görüşürlər, bu gün isə onlar elektron sistemlərinə keçib, ciddi şirkətlər isə əvvəlki kimi kənardadır».
Hafis Babalı daha sonra da deyib: «Vəsaitlərin səmərəsiz yerə istifadəsi və dolayısı ilə də saxta şirkətlərin vasitəsilə kiminsə qanunsuz varlanması baş verir. Burada proses belədir. Hesaba gələn pul nağdlaşdırılır və bölünür. Şirkətlər isə iş görülmədiyinə, «otkat» verdiklərinə görə dövlət büdcəsinə vergi borcu yaranır. Nəticədə dövlət itirir. Bu məsələyə dövlət nəzarəti qaydasında deyil ».
İqtisadçının sözlərinə görə, Azərbaycanda ildə saxta tenderlər və dövlət satınalmalar vasitəsilə büdcədən külli miqdarda pul mənimsənilir:
"Söhbət yüz milyonlardan gedir. Düşünürəm ki, müsabiqəli yolla dövlət satınalmalarının keçirilməsində istifadə olunan vəsaitlərin ən azı 10 faizi qara kassaya gedir".
2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasınn rəyinin xülasəsində qeyd edilib ki, həmin il dövlət vəsaitləri hesabına ümumilikdə 5,7 mlrd. manat məbləğində satınalma müqavilələri bağlanılıb. Həmin məbləğin 11457 sayda müsabiqə ilə əhatə olunduğu göstərilib.
2020-ci ildə Maliyyə Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında apardığı yoxlamalarda ümumilikdə 89,24 milyon artıq və əsassız ödənişlər aşkarladığını açıqlanıb. Həmin məbləğdən 37,535 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslərin hesabına bərpasının təmin edildiyi bildirilib.

Oxşar xəbərlər

Aqrar Xidmətlər Agentliyinin ŞÜBHƏLİ TENDERİ... - Rəsmən ləğv olundu
Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi “tender canavarı”nı ad günündə sevindirdi
QİÇS Mərkəzindən daha bir kobud tender maxinasiyası: 1 ayın şirkəti...
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Şamaxıda şübhəli tender: 5 manat kapitalı olan şirkət nə ilə yol çəkir?
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
Antiinhisar Xidməti "Aztelekom"un 3 tenderinin nəticələrini ləğv etdirib
Əhməd Əhmədzadənin tender oyunları – 30 milyonluq müqavilə
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
İcra Hakimiyyətindən 5 manat kapitalı olan şirkətin yol çəkməsinə ikibaşlı münasibət: "Bu sahə müvafiq dövlət qurumlarının nəzarətindədir"
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda 64 dövlət əmlakı hərraca çıxarılacaq
“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi? - İLGİNC İDDİA
Cəmi 8 gün əvvəl yaranan şirkət nazirliyin tenderini qazandı
“Azərsu” 1 il əvvəl yaranan şirkətlə 768128 manatlıq müqavilə bağladı
Psixiatriya Xəstəxanasında tender oyunu
Bakı Nəqliyyat Agentliyinin tender talanları: - Büdcə pulları kimlərin cibinə axır?
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
"BakuBus" yarım milyon manatlıq geyim ALIR
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
İcra başçısının lampalara 47872 manat xərcləməsi…
İnam Kərimovun Dövlət Toxum Fondunda baş verənlərdən xəbəri varmı? - FAKTLAR
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
"ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub