Bu gün Azərbaycan Respublikasının üçüncü peyki - "Azerspace-2" peykinin orbitə buraxılmasından bir il ötür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərsəyə gələn, "Azerspace-2" telekommunikasiya peyki Bakı vaxtı ilə 26 sentyabr 2018-ci il tarixində Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, növbəti aylar ərzində peyk yekun orbital mövqeyə çatdırılıb və testləri uğurla icra olunub. 2019-cu ilin yanvar ayında peykin idarəedilməsi tam olaraq "Azərkosmos"a təhvil verilib və peyk 2019-cu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb.
"Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk qeyd olunan regionlarda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.
"Azerspace-2" peykinin resursları "Azərkosmos"a yeni müştərilərə xidmət göstərmək imkanı yaratdı. Bunlardan Fransanın EUTELSAT S.A. şirkəti və Amerika Birləşmiş Ştatlarının peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsat" şirkətinin adları xüsusi qeyd olunmalıdır. Hazırda "Azerspace-2" peyki vasitəsilə Afrika regionunda 80-dən çox şifrəli kanal yayımlanır.
"Azərkosmos"-dan Trend-ə bildirilib ki, yeddi aylıq kommersiya fəaliyyəti ərzində "Azerspace-2"nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub. Peykdən bu dövr ərzində 14.1 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
"Azerspace-2" peykinin uğurlu biznes fəaliyyəti sayəsində "Azərkosmos" regional peyk xidmətləri bazarında etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirib.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən "Azerspace-1" peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos" 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
“Azerspace-2" peyki 14.1 milyon ABŞ dolları həcmində gəlir gətirib
26
sentyabr
15:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Kosmosdakı düşmənlər - hərbi peyklər niyə bu qədər qorxuludur? - TƏHLİL
Çində yeni peykin orbitə çıxarılması baş tutmadı
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Bakı səmasında toz dumanı - Nə vaxta qədər davam edəcək?
"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Azərbaycanda problemli kreditlər artmaqda davam edir
Roqozinlə Mask mübahisə etdi: Kosmos "davası"
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?
Yeni Baş nazirdən ilk açıqlama
Gələn ildən pensiyalar artacaq - Nazir
"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
"Pensiyalar artacaq" - Nazir
Maqnit qasırğası ilə bağlı - Xəbərdarlıq
Milli mətbuatın yaranmasından 145 il ötür
“BakuBuild 2019” sərgisi işə başladı
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
“Aztelekom” internet provayderlərinə mane olur? - AÇIQLAMA
Bakıda və Abşeroda rəqəmli radionun test yayımı uğurla nəticələndi
Ordumuz tanklardan və toplardan atəş açdı, döyüş təyyarələri və helikopterlər zərbələr endirdi
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Anasının öldüyü gün qızı dünyaya gəlib
- Herrinin konsertdə şalvarı cırıldı
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- Azərbaycanda Erkin Qədirlilər çoxdurmu?, “Qaradağ Su”nun rəisi Elnur Əliyev də danışdı... - Görəsən, bunları danışdıran kimlərdir..?
- Tramp Kim Çeni "Balaca raket adam" adlandırdı
- "Putin mənim üçün heç kimdir" - Zelenski
- ÜST: “Son səkkiz həftədə 170 mindən çox insan COVID-19-dan ölüb"
- Serbiyada dünyanın ən böyük qızıl yataqlarından biri tapıldı
- Dünyanın ən böyük ayıları təhlükə qarşısında: Xəstə quşları yeyib kor olurlar
- Rusiyanın itkiləri açıqlandı
- Mağazadan 11 telefon oğurlandı
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - FOTO
- Tanınmış aktyor Rusiya filmində iştirakdan imtina edib
- Dünyanın ən yaraşıqlı kişilərinin SİYAHISI tərtib olundu