Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
27-05-2020, 13:00
183

Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?

Hüquqşünas Şəhriyar Həbilov müflisləşmə halında sığorta sektoru üzrə hansı rəhbər işçilərinin, bank sektoru üzrə isə inzibatçıların yenidən rəhbər vəzifələrə təyinatı barədə qanunvericilik üzrə müvafiq izahatını verib.

FED.az müəllifin müflisləşmə halında sığorta və bank sektorunda rəhbər işçilərin və inzibatçıların yenidən rəhbər vəzifələrə təyinatı barədə yazını təqdim edir.

1) Bank sektoru
Bank sektoru üzrə inzibatçı anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı olmuş şəxslər 2 il ərzində başqa bankın inzibatçısı ola bilməzlər.

Qeyd edək ki, bank sektoru üzrə inzibatçı dedikdə bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri başa düşülür.

2) Sığorta sektoru

Sığorta sektoru üzrə sığortaçının rəhbər işçisi anlayışında özünü əks etdirən rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

müflis elan olunaraq məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş mühasibi olmamalıdır.

Sığortaçının rəhbər işçisi olmaq istəyən bu şəxslər isə müflis elan olunaraq ləğv etmə barədə qərar qəbul edildikdən sonra 5 il müddətində rəhbər işçi vəzifələrinə təyin oluna bilməzlər.

Onu da qeyd edək ki, sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və məsul aktuarisi sığortaçının rəhbər işçiləridir.

Göründüyü kimi 2 halda da müvafiq qərarın qəbulundan azı 1 il (12 ay) əvvəlki dövrdə müvafiq proseslərdə iştirak etmiş şəxslər (bank sektoru) yaxud rəhbər işçi vəzifəsində işləmiş şəxslərə müvafiq məhdudiyyət nəzərdə tutulur.

3) İnvestisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarı olan müəssisələr - lisenziyalaşdırılan şirkətlər

Lisenziyalaşdırılan şirkətlər üzrə rəhbər şəxslərlə bağlı tələb aşağıdakı kimidir:

maliyyə vəziyyətinin pisləşməsi səbəbindən və ya müflis elan olunaraq, məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı əvvəlki bir il ərzində həmin hüquqi şəxsin müşahidə şurasının, icra orqanının, audit komitəsinin və ya daxili audit xidmətinin üzvü olmamalıdırlar.

Qeyd edək ki, lisenziyalaşdırılan şirkətlərdə icra orqanının, müşahidə şurasının, daxili audit xidmətinin üzvü, habelə investisiya şirkətinin filiallarının rəhbərləri üçün bu tələb mövcuddur.

Bu sahədə digər iki sektordan fərqli olaraq müvafiq qaydada ləğv edilmiş şəxslərdə rəhbər vəzifə tutmuş işçilərin hansı müddətdə yenidən digər lisenziyalaşdırılan şirkətlərdə rəhbər vəzifəyə təyin oluna bilməməsi qeyd edilməmişdir.

Oxşar xəbərlər

“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ
“Günay Sığorta”da yeni TƏYİNAT
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?
İşsizlikdən sığorta ilə bağlı şərtlər yumşaldılacaq
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Banklarda kredit verilməsi prosesi sadələşir
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
"AccessBank" bağlanır?
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Kapital Bank-dan təqaüdçülərə güzəşt
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR
Azərbaycanda yubiley və xatirə pul nişanlarının yeni satış qaydası müəyyənləşib
Prezident yeni dövlət qurumu yaratdı
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi
İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi
Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Əsgərovalara məxsus sığorta şirkəti növbədənkənar yığıncaq elan etdi
Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı
İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
ATV və Lider TV-nin yayımı dayandırılacaq