Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi
29-05-2020, 15:00
205

Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank” ASC və "Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Xezerxeber.az xəbər verir ki, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ADİF) "Atabank” və "Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

"Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankların müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan "Atabank” və "Amrahbank” ASC-lərin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan "Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;

Qaynar xətt – 136.

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan "Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların "Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib.

Oxşar xəbərlər

Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi
Əmanəti bloklanmış şəxslərə şad xəbər
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”da bloklanan əmanətlərin qaytarılmasına başlanılıb.  Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.  Fonddan bildirilib ki, yaxın günlərdə qaytarılan əmanətlərin həcmi ilə bağlı ic
Banklar faizləri endirirlər
Bağlanmış banklarda əmanətləri qalan şəxslərin nəzərinə - Bu gündən...
İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq
Əhali pulunu banklardan çəkir - TƏHLÜKƏ
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
“Lider TV” barədə növbəti məhkəmə qərarı
Məhkəmə “Lider TV” barədə qərar verdi
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Bakıda xalaoğlanları qadına maşında təcavüz etdi
Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?
Sabah dövlət orqanlarının son vaxtıdır - SİYAHI