Qardaş  Türkiyə ilə bütün sahələrdə əlaqələrimizin genişlənməsi hər iki tərəfin xeyrinədir. Bu iqtisadiyyatın ciddi bir sahəsi olan bank sektoruna da aiddir. 
Əlbəttə, ölkəmizdə 70 illik sovet dönəmində özəl banklardan danışmaq absurd olardı. Ancaq 1991-ci ildən, yəni müstəqillik dönəmindən başlayaraq ölkəmizdə həm də yerli özəl banklar, həm də xarici banklar fəaliyyətə başlayıb. 
Belə banklardan biri də Ziraat Bankdır. 
Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Çox maraqlıdır ki, ölkəmizin bank sektorunda  2019-cu ildən başlayaraq  geriləmə müşahidə olunur. 
Digər tərəfdən bankla Türkiyə  vətəndaşı və bəzi qurumlar arasında məhkəmə çəkişmələri də diqqəti cəlb edir. 
Ən çox maraq cəlb edən  bankın fəaliyyətindəki geriləmədir. 
Görəsən səbəb nədir ? 

Bankda nə baş verir ?  
Media üzərindən apardığımız  araşdırma zamanı bəlli oldu ki, bankın rəhbəri Avni Dəmirçi  onu bu vəzifəyə gətirən FETÖ-ya olan simpatiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta bank  rəhbərinin  Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini az qala toy-bayram etməsi də  diqqətdən yayınmır. 
Bir sözlə,  “Ziraat Bank”  rəhbərinin FETÖ sevgisi  bankın fəaliyyətinə ciddi təsir edib. 
Araşdırmadan o da bəlli olur ki, bankın rəhbəri  Avni Dəmirçi Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirlərdə kənar qalmağa çalışır. 
Qarşı tərəfin mövqeyini dərc etməyə  hazırıq.