“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
3-06-2020, 17:00
156

“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir

“Finoko” BOKT Açıq Səhmdar Cəmiyyəti ilk devalvasiyadan öncə götürdüyü dollar kreditini bitirə bilmir.
"Kommersant.az" xəbər verir ki, BOKT 2014-cü ilin 18 dekabrında 15% illik ödəniş dərəcəsi ilə ABŞ dollarında Dubayda fəaliyyət göstərən “Dunwich FZE” adlı şirkətdən 300 min dollar (həmin dövrdə 235.32 min manat) kredit cəlb edib. Müqavilədən 2 ay sonra ölkədə devalvasiya baş verir: 1 dollar 0.78-dən 1.01 manata qalxır.

“Finoko” BOKT, bu krediti götürmədən düz 9 ay öncə iki qardaş Elçin və Elmar Əliyevlər tərəfindən yarı-yarı payla yaradılıb.

Dolların Azərbaycanda qalxması bu BOKT səhmdarlarını heç də çəkindirməyib və yenidən, ikinci devalvasiyadan öncə, yəni, 4 noyabr 2015-ci ildə ikinci dəfə 15% ilə “Dunwich FZE”dən kredit cəlb ediblər. Bu dəfə isə 650 min dollar və ya 1 milyon 105.06 min manat ekvivalentində təşkil edib.

BOKT-un xarici təşkilat qarşısında kredit borcu öhdəliklərinin ümumi həcmi isə 4 il öncə 950 min dollar idi əslində.

Lakin, 1 yanvar 2020-ci ilə əsasən isə “Finoko”nun adıçəkilən təşkilata manatla ekvivalentdə hələ də 1 milyon 703 min manatlıq (1 mln. dollarlıq) borcu qalmaqdadır.

Kreditlər hər ikisi 12 ay müddətinə bağlanmışdı. Yəni, bu kredit borcları 2016-cı ilintamamlanmalı idi. Xarici valyutada olduğunu nəzər alsaq yerli bazar üçün kifayət qədər yüksək faiz dərəcəsidir.

Xarici təşkilata dollarda olan borcunu bağlamasa belə BOKT təkcə 2019-cu il ərzində 3 mln. manat üzərində faizlər üzrə xərclər ödəyib. Bu borcların qarşılığında ölkədə iqtisadi vəziyyətin münbit olduğu 2019-cu ildə 4.79 mln. manatlıq faiz gəliri əldə edib. Bu ildə isə BOKT-un hansı gəlirlərinin hansı istiqamətdə hərəkət edəcəyi maraq doğurur.

BOKT-a kənar audit tərəfindən verilən rəydə bildirilir ki, adıçəkilən təşkilatla kredit müqaviləsi 2015-ci ilin dekabrına qədər uzadılıb.

Bu borclara rəğmən ötən ilin son ayında da “Finoko” hər birinin dəyəri 1000 dollar olan min ədədlik yerli birjada istiqrazlar emissiya edib.

Hazırda borclar belədir:

“Finoko” BOKT BAĞLANMA YOLUNDA

Oxşar xəbərlər

Arvadı məşhur repçidən ayda 2 milyon dollar aliment tələb edir
Azərbaycanda hər adam ayda bu məbləğdə - DOLLAR ALA BİLƏR​​​​​​​
Sovet İttifaqı Azərbaycanın haqqını necə yeyirdi? – STATİSTİKA
ABŞ-da lentə alınan bu film 2019-cu ilin ən gəlirli ekran əsəri oldu
Azərbaycan nefti bahalaşdı
“Rabitəbank”dan təkrar müştərilər üçün endirimli istehlak krediti
İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı insanlarının dördlüyünə daxil olub
Kritik durum: Rusiyaya 24 təyyarə ilə dollar gətirildi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi ucuzlaşdı
Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı
Qələbəsi Teymura 110 min dollar qazandırdı
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
Əhali pulunu banklardan çəkir - TƏHLÜKƏ
"TikTok"dan ən çox pul qazananlar açıqlandı
“Brent” markalı neft bahalaşdı
Ermənistan dövlət borcunu kəskin artırır - TƏCİLİ İCLAS
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
Kasıblara qəpik-quruş, zənginlərə milyardlar
Maqnus Karlsen 75 min dollar qazanıb
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
ABŞ söz verdi: Neft ucuzlaşacaq
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşıb
Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır
Neftin qiyməti yenidən ucuzlaşdı
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Banklarda kredit verilməsi prosesi sadələşir