"ASB Bank"ın gəlirləri NİYƏ AZALIR? - RƏQƏMLƏR
21-04-2021, 12:04
45

"ASB Bank"ın gəlirləri NİYƏ AZALIR? - RƏQƏMLƏR

"Azersun Holding” MMC-yə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC-nin gəlirləri azalıb. Bankın gəlirlərinin azalması və xərclərinin artması nəticəsində əməliyyat mənfəəti kəskin şəkildə düşüb.

Dia.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın 2021-ci ilin yanvar-mart rüblüyü üçün təqdim etdiyi maliyyə hesabatına görə məlumat verilir.
Faiz gəlirləri. Bankın əsas fəaliyyət istiqaməti olan kreditlər üzrə gəlirləri ilin ilk rübü ərzində 4 milyon 289.95 min manat olub. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7.4% azdır. Bankın hazırda aktivlərində müştərilərə verdiyi kredit portfeldən iki dəfə böyük olan digər banklardakı depozitlər üzrə faiz gəlirlərinin həcmi 3 milyon 35.08 min manat olub, bu öncəki illə müqayisədə 5.4% az deməkdir. Beləliklə, ölkədə aktivlərinə görə 6-cı ən böyük bankın faiz gəlirlərinin həcmi 7 milyon 325.36 min manat olmuşdur.

ASB Bank ümumiyyətlə ölkədə fəaliyyət göstərən yerli banklardan fərqli olaraq müştərilərə verdiyi kreditlərin aktivləri (cəmi aktivləri: 889 milyon 274.30 min manatdır) formalaşdırmada payı daha azdır. 1 aprel 2021-ci il tarixinə bankın müştərilərə verdiyi kreditlər üzrə portfelin həcmi 249 milyon 125 min manat, digər banklardakı depozitlərin həcmi 494 milyon 566 min manat təşkil edir.

Faiz xərcləri. ASB Bankın depozitlər üzrə faiz xərclərinin həcmi 3 milyon 967.77 min manat olub. Bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə 50.5% artım deməkdir. Bankların depozitləri üzrə xərclərinin həcmi isə 367.20 min, digər maliyyə institutlarının xərcləri 29.7 min və bank tərəfindən alınmış ipoteka kreditlərinin faiz xərcləri isə 67.99 min manat təşkil edib. Beləliklə faiz xərclərinin həcmi 4 milyon 522.28 min manat olub.

Qeyri-faiz gəlirləri 1 milyon 473.59 min manat olmuşdur, bu öncəki illə müqayisədə 5.4% artım olması deməkdir.

Qeyri-faiz xərcləri. İlin ilk rübündə bankın işçilər üzrə əmək haqqı və digər kompensasiya xərcləri 1 milyon 302.07 min manat olub, bu da öncəki illə müqayisədə 0.4% artım deməkdir. İcarə xərclərinin həcmi 247.18 min manat, köhnəlmə (amortizasiya) 318.21 min manat, əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri 219.34, əsas vəsaitlərlə bağlı sair xərclər 215.72 min manat, göstərlimiş xidmətlər üzrə haqq və komissiya xərcləri 1 milyon 79.19 min manat olmuşdur. Cəmi qeyri-faiz xərclərinin həcmi isə 3 milyon 604.92 min manat olub.

Beləliklə də bankın 2020-ci ilin ilk rübündə əməliyyat mənfəətinin həcmi 2 milyon 12.37 min manat olduğu halda, cari ilin eyni müddətinə cəmi 671.75 min manat olub.

ASB Bank bu qalan əməliyyat mənfəətindən 154.63 min manat problemli aktivləri üzrə ayırmalar etmiş, 101.09 min manat mənfəət vergisi ödəmiş ki, ilk rüb ərzində cəmi 416.02 min manat olub (öncəki ilin eyni dövrü: 2 milyon 236.45 min manat).

Oxşar xəbərlər

“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
"Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR
“UniBank”ın xalis mənfəəti 54%-dən çox azaldı - RƏQƏMLƏR
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
“Bank of Baku”nın xalis mənfəəti 48%-dən çox azaldı
“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR
Beynəlxalq Bankın mənfəəti 57%-dən çox AZALDI
"AccessBank" bağlanır?
"AFB Bank"ın depozit və kredit portfeli kəskin azalıb - RƏQƏMLƏR
“UniBank”ın mənfəəti 64 faiz azalıb - RƏQƏMLƏR
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
"Bank BTB"-də vəziyyət hələ də kritikdir - I rübün göstəriciləri
Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
"Azərbaycan Sənaye Bankı" zərər hesabatını gizlədir? - FOTOFAKT
Bazarın ən zəif riteyl bankı məlum oldu - KRİTİK DURUM
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
Əhməd Vəliyevin qızının bankı ağır vəziyyətdə - ARAŞDIRMA
Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi
"EVRASCON"un xalis mənfəəti 5 dəfədən çox azaldı
“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək - BÖHRAN