“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
29-06-2020, 11:00
857

“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Bakinşaat Group” MMC ilə maliyyə dəyəri 3 801 400.68 AZN olan müqavilə imzalayıb.

Müqaviləyə əsasən MMC Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Bakişaat Group” MMC 10 may 2004-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 110-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Elşad Sabir oğludur.

Elşad Məmmədovun adına 2016-cı ildə Vergilər Nazirliyinin yaydığı vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanların siyahısında rast gəlinir. Bununla bağlı Elşad Məmmədovla nazirlik arasında məhkəmə çəkişməsi də olub. Nazirlik birinci instansiya məhkəməsini udduğuna görə sahibkar Apellyasiya Məhkəməsinə müraciət edib. Açıq mənbələrdə məhkəmənin perspektivi ilə bağlı hər hansı məlumat yoxdur. Yeri gəlmişkən, həmin vaxt Elşad Məmmədov “Bakinşaat Bərpa” MMC-nin təmsilçisi olub.

Araşdırmalarımız zamanı o da aydın olub ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vaxtaşırı “Bakinşaat Group”a müraciət edib. Təkcə 12 dekabr 2019-cu ildən 13 mart 2020-ci ilə qədər Fondla şirkət arasında ümumi maliyyə dəyəri 11 milyon civarında olan Abşeron və Qaradağ rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli binaların və uşaq bağçasının tikintisini nəzərdə tutan 3 müqavilə imzalanıb. Az sonra yəni, 8 may 2020-ci il tarixdə Fondla MMC arasında dəyəri 4 milyon AZN-ə yaxın olan növbəti müqavilənin imzalanması tenderin şəffaflığına şübhələri artırır.

Fond mayın 8-də “Azertikinti-M” MMC ilə də dəyəri 1 055 244.39 AZN olan bir müqavilə imzalayıb. Müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin və inzibati binasının tikintisi nəzərdə tutulur.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Azertikinti-M” MMC 05 mart 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Həsən Salmani küçəsi, ev 5/7, mənzil 9-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Araz Almaz oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə əlavə məlumat yoxdur. Yenisabah.az

Oxşar xəbərlər

Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
Camaat canının hayına qalanda...
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Psixiatriya Xəstəxanasında tender oyunu
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)
Qafqaz Universiteti ləğv olunur
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Sahil Babayevdən yeni TƏYİNAT
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat olub
Şuşa şəhərciyində mənzil qarət olundu
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir