“Ziraat Bank”ın  siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
20-05-2021, 19:10
1 114

“Ziraat Bank”ın siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...

FETÖ-çular indi də Şuşada bank açmaq  istəyir ? 


Bu yazımızda adı keçdiyi üçün oxuculara qısa məlumat verməyi düşündük. 
Hazırda ABŞ-da yaşayan Fətullah Gülən ( qısa adı FETÖ ) kimdir ? 
Azərbaycan cəmiyyəti  Güləni ilk dəfə 1990-cı ilin 20 yanvarında, yəni Qanlı Yanvardan sonra tanıdı. 
Təsəvvür edirsiniz,  nə qədər şəhid vermişik, amma dünya bizi bloklayıb, səsimizə səs verən yoxdur. 
Belə məqamda Gülən peyda oldu və göz yaşları axıdaraq, azəri qardaşlarım-filan deyərək, qismən bizə təsəlli verdi. Amma bu adamın artistliyi hələ o vaxt diqqəti cəlb edirdi. 
Düzdür, sonradan Azərbaycan hakimiyyət nümayəndələri Gülənlə görüşdülər, mehriban münasibətlər qurdular. 
Amma siyasətdə maraqlar var, dostluq yoxdur. 
Zaman dəyişdi,  dövlətimizin böyük dəstəkçisi olan, qardaş Türkiyənin prezidenti Ərdoğan bəy  Güləni təxribatlarda, Türkiyədə çevriliş cəhdində ittiham etdi. 
 Həmin vaxtadək hətta Bakıda, müxalifətdə və iqtidarda olan və açıq mövqe bildirən xeyli sayda Fətullahçı var idi. Bunu hamı bilir. Hətta Prezident Aparatında oturub FETÖ-yə məktub yazan, “Validəm-annem də sizi istəyir” deyənlər də var idi. 
Əlbəttə, bu bir siyasət məsələsidir və media olaraq bizim işimiz deyil. 
Sonradan xeyli sayda fətullahçılar  passiv mövqeyə çəkildilər. 
Bizim üçün maraqlı olan odur ki, son zamanlar  fətullahçıların birazca  tərpənməsi hiss olunur. Mətbuatı diqqətlə izləyən hər kəs bunu görə bilər. 
Biz nə üçün bu mövzuya toxunduq. FETÖ mövzusu təkcə media, siyasət-filan məsələsi deyil. 
Ötən yazımızda qeyd etmişdik ki, dünyanın məşhur söz adamlarından biri deyir: ” Dünyanı BANK-lar vasitəsilə MAFİYA idarə edir “. 
Bəli, BANK-lar sizə  adi görünməsin. Bu gün dünyada BANK-lar əsas söz sahibidir. Kəşfiyyat-filan, KQB, xüsusi-xidmət-zad arxa plana keçib. Bu gün dünyanın idarə olunmasında ağırlıq mərkəzi bankların üzərinə düşür. 
70 illik sovet dönəmindən sonra  Azərbaycanda ilk fəaliyyətə başlayan özəl banklardan birincisi  qardaş Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi olan  Ziraat Bank Azerbaijan ASC -dir. 
Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı  tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Son  günlər  mediada yayılan məlumata görə, Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib: “Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq”. 
Əlbəttə, 44 günlük savaşda Qardaş Türkiyənin  Azərbaycana dəstəyi  unudulan deyil. Və cənab Prezidentimiz cənab İlham Əliyev də deyir ki, azad olunmuş torpaqlarda  qardaş Türkiyənin  görəcəyi işlər çoxdur,  türk şirkətləri və bankları  bu məsələdə kənarda qala bilməzlər. Amma…
Amma …bəzi məsələlərə aydınlıq gəlməlidir. 
Həmişə  erməniyə dəstək verən  və bizim əleyhimizə olan ABŞ-ın qanadının altına  sığınan Fətullah Gülənə bağlı olan bank Şuşada  necə fəaliyyət göstərə bilər ? 
Çünki  mətbuatda yayılan məlumata görə,  bankın rəhbəri Avni Dəmirçi  onu bu vəzifəyə gətirən FETÖ-ya olan simpatiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta bank  rəhbərinin  Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini az qala toy-bayram etməsi də  diqqətdən yayınmır. 
Bir sözlə,  “Ziraat Bank”  rəhbərinin FETÖ  sevgisi  bankın fəaliyyətinə ciddi təsir edib. 
Araşdırmadan o da bəlli olur ki, bankın rəhbəri  Avni Dəmirçi Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirlərdə kənar qalmağa çalışır.
Təsəvvür edirsiniz  bank Türkiyə dövlətinin tədbirlərinə qatılmır, amma  “saqqallılar”ın məclislərində başda əyləşirlər. 
Sözün qısası, bizə FETÖ-nün bankası lazım deyil.

Oxşar xəbərlər

“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
Mübariz Mənsimov məhkəmədə hansı sirləri açdı? - VİDEO
“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu”
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
Əli Həsənov istintaqa cəlb edilə bilər - Açıqlama
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
Rövnəq Abdullayevin otel biznesi -''SOCAR''ın pulları ''FETO''ya xərclənib?
Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETÖ"çü adlandırdı
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
"Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ
Türkiyə güc strukturlarından 323 min FETÖ-çu qovuldu
"Unibank" vətəndaşın başına necə oyun açır... - GİLEY
Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır
Xalq şairi Əli Həsənovu "TOPA TUTDU" - "Onun Fətullah Gülənlə əlaqələrinin olması..."
İlham Əliyev Türkiyəyə və Ərdoğana təşəkkür etdi
Qoy indi Kanada düşünsün ki... - Politoloq
"Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?" - Ərdoğan
Azərbaycanda nə vaxt toy keçirmək mümkün olacaq?
Yeni nazirin FETO ilə nə əlaqəsi... - Ortada suallar var...
İlham Əliyev Ərdoğana zəng etdi
1991-ci ildə Moskvadan  Bakıya nə göndərirdin, Elman Rüstəmov ?-  Biznesmenlər baş  bankirə nə üçün mənzil hədiyyə edirlər ?
Tovuzun MƏMMƏDLİ GÜNLƏRİ... - GİLEY
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
Müharibə vaxtı Türkiyədə konsert verən Mətənət İsgəndərlidən AÇIQLAMA
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
"Türkiyənin kimsənin torpağında gözü yoxdur" - Ərdoğan
“Paşinyan artıq siyasi meyitdir“ - Politoloq