Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
1-07-2020, 15:00
1 174

Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI

Bu gündən etibarən siqaretlərin qiyməti 9-10 qəpik civarında bahalaşıb.
Gündəlik Bakı-ya topdan satışməntəqələrindən daxil olan məlumata görə, bahalaşma bütün  növ siqaretlərin qiymətində baş verib.
“Azərbaycanda istehlak olunan bütün növ siqaretlər 9-10 qəpik bahalaşıb”, - deyə topdansatış məntəqələrindən bildirilib. Satış məntəqələrindən əldə etdiyimiz qiymət cədvəlində də bu özünü göstərir. 
Bahalaşmanın səbəbi isə bəlli deyil. Bəzi satış məntəqələri isə bunu koronavirus pandemiyası ilə izah edirlər. Lakin pandemiyanın bəhanə olduğunu söyləyənlər də var.
Maraqlıdır ki, bahalaşmadan daha çox istehlakçılar deyil, pərakəndə satış məntəqələri narazılıq edir. Xüsusilə kiçik sahibkarlar bahalaşmanın onlara ciddi ziyan vuracağını deyirlər.
“İlin əvvəlindən bir dəfə bahalaşma olub. Həmin bahalaşmadan sonra biz siqaretləri topdansatış məntəqəəri ilə müqayisədə cüzi qiymət fərqilə satırdıq. Yəni,topdansatış məntəqələrindən aldığımız siqaretlərin üstünə qəpik-quruş qoyurduq. İndi qoyduğumuz pulu bir qədər də azaltmalıyıq. Bu isə o deməkdir ki, qazancımız azaltmalıyıq. Bu halda isə işləmək çətinləşəcək. Bunun vergisi, icra haqqı və s. ödənişləri var axı”, - deyə pərakəndə satışla məşğul olanlar bildirib.
Daha çox istehlak olunan siqaretlərin yeni qiymətlərini təqdim edirik. Məlumat üçün deyək ki, bu pərakəndə satış qiymətləridir və supermarketlərdə aparılan araşdırmalar nəticəsində tərtib edilib. Kiçik köşklərdə isə siqaretlər bundan da 5-10 qəpik baha qiymətə satılır. 
Beləliklə, yeni qiymətlərlə tanış olun:
"Camel”- əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.
“Sobranie” - əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.
“Kent”(bütün növlər) - əvvəlki qiymət 3.2, indiki qiymət 3.3 manat.
“Winston”(bütün növlər) - əvvəlki qiymət 3, indiki qiymət 3.1 manat.
“Rothmans” (bütün növlər) - əvvəlki qiymət  2.3, indiki qiymət, 2.4 manat.
“Palmall” (bütün növlər) -  əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
“West” (bütün növlər)- əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
“Winchester” (bütün növlər) - əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
Bu arada qeyd edək ki. dünyanın inkişaf etmiş ölkələrində siqaret kifayət qədər bahadır. Lakin bu, qazanc üçün deyil, insanları bu zərərli vərdişdən uzaqlaşdırmaq məqsədilə dövlət tərəfindən atılan addımdır. 
Siqaretlərin ən baha satıldığı ölkə Avstraliyadır. Orada markasından asılı olmayaraq bir qutu siqaret 20.41 dollara satılır. Sonrakı ardıcıllıq belədir: 
Yeni Zelandiya - 18.60 dollar
Norveç - 13,42 dollar
İrlandiya - 13,42 dollar
Birləşmiş Krallıq - 12,09 dollar
İslandiya - 11,27 dollar
Kanada - 10,55 dollar
Sinqapur – 10,35 dollar
İsrail – 9,97 dollar
Fransa – 9, 10 dollar
Türkiyə - 3,23 dollar
Rusiya - 2,13 dollar

Oxşar xəbərlər

Elektron siqaretlər qadağan edilməlidir – Professor
Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi
Benzinin qiyməti düşəcək - 9 qəpik
Dizelin qiyməti düşəcək - 7 qəpik
Yumurta bahalaşıb?
Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır
"Qarabağ" - APOEL oyununun biletləri satışda
“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb?
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Azərbaycan nefti yenidən ucuzlaşdı - QİYMƏT
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi - SİYAHI
Hava meyvələrin görkəmini dəyişir: Karantin də bahalaşdırır
“Lotu Quli”nin nəzarət etdiyi sahələr bölü,dürüldü
Gürcüstanda bir sıra məhdudiyyətlər götürülür –Bu tarixdən
COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?
Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq
“Bakcell” əməktaşı 180 nəfərin iştirakı ilə qanunsuz toy etdi – Foto, Video.
Azərbaycan nefti bahalaşıb
Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv edildi
Qulinin varisi olan qardaşı: - kompromisə meylli, amma..
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
Bakıda və digər şəhərlərdə 15 günlük sərt karantin rejimi başlayıb - Qadağalar
“Yuventus” argentinalı ulduzunun satış qiymətini açıqladı
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Azərbaycanda qızıl-gümüş bahalaşıb
Koronavirus özünü məhv edir?
Bitkoindən rekord bahalaşma