Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
3-07-2020, 19:06
926

Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib.

Gündəlik Bakı həmin qərarı təqdim edir:
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri  “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilsin; 
1.3. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
“1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”;
1.4. 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinlik-lərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin.
2. Müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayon-larının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı:
2.1. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat  06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;
2.2. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Oxşar xəbərlər

Evdən çıxmaq istəyənlərin 29 faizinə rədd cavabı verildi
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Baş Nazirdən yeni qərar
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Bu şəxslərin icazəsi ləğv edildi
İctimai yerlərdə toplaşma ilə bağlı MÜHÜM QƏRAR
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Restoranlarda xidmət tam bərpa edilir
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Prezident yeni dövlət qurumu yaratdı
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
Avqust karantinin son ayı olacaq?
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
Gələn ay 6 gün İŞ OLMAYACAQ
İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi