İndi də Biləsuvar susuz qalıb
6-07-2020, 08:46
811

İndi də Biləsuvar susuz qalıb

Azərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər... 
Dominant.az xəbər verir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub.
Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib.
Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.
Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişliBiləsuvar və Cəlilabad rayonunda yerləşir. (Report)
Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. Qeyri-adi təbiət hadisəsi Kür çayı boyunca irəliləməkdə davam edir.
Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar

Oxşar xəbərlər

Kür çayı Xəzərə qovuşdu
Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Kürün suyu artıb - Rəsmi
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Ölkənin bu bölgələrində su olmayacaq
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
Çaylarımızda suyun səviyyəsi necədir?
Biləsuvarda biri qadın olmaqla iki narkotacir saxlanıldı
Son 3 gündə Cəlilabadda koronavirusa yoluxma qeydə alınmayıb
“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır?
Hacıqabul sakinini cərəyan vuraraq öldürüb
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Regionlarda yeni elektron ATS-lər qurulub
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı
Bakının bu qəsəbəsində 35 ildir nə yol, nə də su var - VİDEO
Paytaxtın bu ərazisində su olmayacaq
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Azərbaycanın dövlət sərhədini pozan iki nəfər saxlanılıb
Şirvanda itkin düşən 80 yaşlı kişi tapılıb
Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il ötür
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Sumqayıtda itkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı - Yenilənib
Azərbaycan Türkiyənin qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO