Əkrəm Həsənov: “Azərbaycanda kreditlər üzrə həyat sığortası, əsasən, ipoteka müqavilələrində tətbiq olunur”.
Ellada Bayramova: “Kapital Bank”ın şəhidə jest kimi atdığı addımla özünü reklam etməsi çox gülüncdür”.
Ötən ay “Kapital Bank” şəhid hərbçilərin borclarının silinməsi ilə bağlı məlumat yayıb. Belə ki, “Kapital Bank” tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin törətdiyi hərbi təxribatlar nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun banka olan 12 min manat məbləğində krediti ilə yanaşı, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib.
Şəhid və şəhid ailələrinə göstərilən diqqət və qayğı təqdirəlayiq olsa da, bu məsələdə maraq doğuran bir nüans var. Çünki bir çox hallarda kredit təşkilatları vəfat etmiş şəxsin kredit borcunun ödənilməsini qanunsuz olaraq, onun ailə üzvlərindən tələb edir. Maraqlıdır ki, borcalan vəfat edərsə, onun kreditinin aqibəti necə olmalıdır?
Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, bankdan kredit götürən istənilən vətəndaş borca görə öz əmlakı ilə cavabdehlik daşıyır. Yəni şəxs vəfat edərsə, onun adına olan əmlak borcun ödənilməsinə yönəldilir. Lakin vəfat edən şəxsin adına əmlak yoxdursa, həmin borc silinməlidir:
“Əgər şəxsin adına olan əmlak vərəsələrə keçirsə, bu halda vərəsələr qəbul etdikləri əmlakın dəyərinə əsasən, borcu ödəməlidirlər. Məsələn, vəfat edən şəxsin 5 min manat borcu varsa, adına olan əmlakın dəyəri isə 3 min manatdırsa, vərəsə yalnız 3 min manatı qaytarmalıdır.
Borclunun sığortası isə iki variantda rəsmiləşə bilər. Əgər kredit götürərkən borclunun həyatı sığortalanıbsa, bu halda şəxs vəfat edərkən, borcu avtomatik silinməlidir. Yəni şəhidin həyat sığortası olubsa, “Kapital Bank” onun borcunu bağışlamayıb, borc qanunla avtomatik silinib. Lakin Azərbaycanda kreditlər üzrə həyat sığortası, əsasən, ipoteka müqavilələrində tətbiq olunur.
Digər sığorta növü isə borcalanın kredit borcunu qaytara bilməməsi ilə bağlıdır. Yəni hansısa sığorta şirkəti şəxsin kredit borcunu qaytarmasına dair öhdəliyi öz üzərinə götürür. Bu sığorta növü isə ölkəmizdə, ümumiyyətlə, tətbiq edilmir”.
Bu barədə açıqlama verən hüquqşünas Ellada Bayramovanın sözlərinə görə, ölkədə vəfat edən şəxsin borcunun geri qaytarılması ilə bağlı xaotik vəziyyət hökm sürür. Belə ki, banklar dünyasını dəyişən şəxsin borcunu onun ailə üzvlərindən tələb edirlər:
“Kapital Bank” özünü reklam etmək üçün şəhidlərin adından sui-istifadə edir. Əgər vətəndaşın borcuna dair zamin olmayıbsa, şəxs vəfat etdikdən sonra borc avtomatik silinməlidir. Çünki zamin yoxdur və şəxs ölübsə, borcu başqasından tələb etmək olmaz.
Burada yeganə variant ölən şəxsin adına olan əmlakı və ya qiymətli əşyaları müsadirə etmək olar. “Kapital Bank” ölkədəki ən iri banklardan biridir. Şəhidə jest kimi atdığı addımla özünü reklam etməsi çox gülüncdür. Çünki ölən insanın adından sui-istifadə edilməsi doğru yanaşma deyil. Təəssüf ki, bu mənfi hallar günümüzün reallığıdır”.
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
05
avqust
16:40

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Kapital Bank-dan təqaüdçülərə güzəşt
"Belə ədəbsizcəsinə kartıma müdaxilə edib,xarici saytları bəhanə gətirməyin. " - "Kapital Bank"dan şikayət var..FOTO
Banklarda kredit verilməsi prosesi sadələşir
Deputat “Kapital Bank”dan şikayət etdi: - “Əziyyət verməkdən həzz alırlar”
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Pensiyalar ödənildi
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Sentyabr ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
Şəhid olan hərbçimizin fotosu YAYILDI
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
İpoteka kreditlərində güzəştlər olacaq – Risk dərəcələri azaldılır
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR
Ceyhun Osmanlıdan məhkəməyə verilməsi ilə bağlı açıqlama
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşların ailə üzvləri ilə görüşüb - VİDEO
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
- Qalkin Türkiyədəki konserti zamanı izləyicilərə qadağa qoydu
- Məşhur cizgi filminin yaradıcıları işdən qovulacaqlar
- Benzema "Real Madrid"lə vidalaşdı
- Qızıl və gümüş daha da ucuzlaşdı
- Səhvən aldığı lotereya bileti kişiyə sərvət gətirdi
- Nur Sürer bu filmdə rol alacaq
- Gəncə Dövlət Filarmoniyasının direktoru "NOT" NƏDİR BİLMİR… - İLGİNC FAKTLAR
- "Elektrikli skuterlər üçün ayrıca yol zolağı salınmalıdır" - Deputat
- `Bazarstore` başqa bir aləm..: Burda adamın cibinə FƏRQLİ FORMADA GİRİRLƏR... - BU DA FAKT!!!
- İran ilk səsdən sürətli ballistik raketini nümayiş etdirdi
- Messi bu kluba keçidini təxirə saldı
- Bakıda küçədən meyit tapıldı
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar