Ziraatbankda yoxlamalar başlanıldı...-  FETO-çu  Avni Dəmirçi həbs oluna bilər
23-06-2021, 15:35
850

Ziraatbankda yoxlamalar başlanıldı...- FETO-çu Avni Dəmirçi həbs oluna bilər

 Ziraatbankı  “Royal bank”ın aqibəti gözləyir. 


Öncə onu qeyd edək ki, bir ölkəni çökdürmək üçün onun bank sistemini çökdürmək yetər. Ona görə də bank məsələsinə müstəqil dövlət olaraq çox həssas yanaşmalıyıq. Çox təəssüf ki, az qala 30 ilə yaxındır  bank sistemimizə rəhbərlik edən cənab Elman Rüstəmov bu adi həqiqəti bilmir. Əslində əla bilir, ancaq öz maraqlarına görə, dövlət maraqlarına göz yumur. 
Yəqin çoxlarının yadında olar Royal Bank. 
Bankın direktoru 29 yaşlı  İranlı  FUAD  CAM idi. Bankın Müşahidə Şurasının sədri isə onun atası ƏLİ CAM idi. 
Bu bank qeyri-leqal əməliyyatlar keçirirdi, çirkli pulları yuyurdu.
2012-ci ildə Allah qoymasa, Elman Rüstəmovun qərarı ilə bankın lisenziyası ləğv edildi. Ancaq  “qapı bağlanmışdı, Fatı da o məsələ..”. Ata və oğul ölkədən qaçmışdılar. Bank milyonlarla vergidən yayınmışdı və s.
Düzdür Azərbaycan tərəfi  Əli Camı beynəlxalq axtarışa verdi. Amma nə faydası.  
Səhv etmirəmsə, üstündən 10 il keçəndən sonra  2020-ci ildə  Fuad Cam saxlanılaraq Azərbaycana gətirildi. Bundan sonrası maraqsızdır. Çünki ata-oğul artıq  öz işlərini görmüşdülər. 
Bunu nə üçün yada saldıq. 
Eyni proseslər  “Ziraatbank”da da baş verir. 
Bir şeyi anlamalıyıq ki, casusun iranlı, turanlı, rusiyalı, yaxud fransalı olmasının fərqi yoxdur, casus elə casusdur.
Ziraatbank da uzun illərdir ölkəmizdə fəaliyyət göstərir və bankın rəhbəri Avni Dəmirçidir. 
Bu bank da eyni ilə  Royal bank kimi qeyri-leqal əməliyyat keçirir. Və üstəlik Avni Dəmirçi ABŞ-da sığınacaq tapmış Fətullah Gülənin adamıdır, əsl FETO-çudur. Avni Dəmirçi də Əli Cam-ın əməllərini təkrar edir, hətta Türkiyə  səfirliyinin rəsmi tədbirlərinə qatılmır, çünki “ağa”sı belə buyurub. 
Bu adam gör nə qədər həddini aşıbsa Şuşada bankın filialını  açmaq istəyir. 
Ziraatbankın keçmişi və bu günü ilə bağlı  onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Mətbuatda yazılanlara görə Bank çirkli pulların yuyulması ilə məşğuldur, vergidən külli miqdarda yayınır  və digər qaranlıq əməllərlər məşğul olur. Bankın  saqqallı əməkdaşları Sumqayıtda toplantı keçirir. Görəsən müvafiq orqanlar hara baxır ?
Sonda onu qeyd edək ki, Ziraatbankda yoxlamalar başlayıb, bankın direktoru Avni Dəmirçi və Müşahidə Şurasının sədri Bilgəhan Kuru vəzifələri ilə vidalaşıblar. Onları, İlkər Met və Səlcuq Dəmir əvəz edib. 
Daxil olan məlumata görə yoxlamadan sonra bankda həbslər gözlənilir. Yəni  Avni Dəmirçini də  Fuad Camın aqibəti gözləyir. 
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Oxşar xəbərlər

Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
“Bank of Baku”nun xalis mənfəəti azalıb, əməliyyat mənfəəti artıb - RƏQƏMLƏR
Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
Vahid  Ələkbərovun “Yelo Bank”ında nələr  baş verir?- Baş bankir  Elman Rüstəmovun ''yarıtmaz''  siyasəti nəticəsində banklar sıradan çıxır
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
“Günay Bank” BAĞLANMA YOLUNDA... - BÖHRAN
Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabıdır?
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
1991-ci ildə Moskvadan  Bakıya nə göndərirdin, Elman Rüstəmov ?-  Biznesmenlər baş  bankirə nə üçün mənzil hədiyyə edirlər ?
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
"Bank BTB"-də vəziyyət hələ də kritikdir - I rübün göstəriciləri
"Mərkəzi Bank yeni binasını öz hesabına tikəcək" - Elman Rüstəmov
“Günay Bank”a yeni sədr təyin edildi
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
Bazarın ən zəif riteyl bankı məlum oldu - KRİTİK DURUM
Elman Rüstəmovun BANK MONOPOLİYASI... - Digər banklar çöksə də...