Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı
12-08-2020, 15:14
227

Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı

Azərbaycan Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir.
İqtisadiyyat Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49.421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.
Qeyd edilməlidir ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111.209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106.907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.
Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək

Oxşar xəbərlər

Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb
Sahibkarlara XƏBƏRDARLIQ: işçilərin ixtisarı və əmək haqlarının...
Sahibkarlara 5 əsas istiqamətlər üzrə güzəştlər ediləcək - Nazir AÇIQLADI
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
"Vergi güzəştləri hətta bir neçə il sonrakı dövrləri əhatə edəcək"
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
"Bu həftədən sahibkarlara ödənişlər verilsin" - Prezidentdən TAPŞIRIQ
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
VÖEN-i olduğu üçün 190 manat ala bilməyən nə etsin? - Qaydanı burdan oxuyun...
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Toylarla bağlı açıqlama
Fikrət Yusifov: "Dövlət sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək"
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Sahibkarlara və onların işçilərinə edilən dəstəyin miqdarı AÇIQLANDI
Azərbaycanda karantindən sonra fəaliyyətin bərpası müzakirə olunur - CANLI YAYIM
Prezident yeni dövlət qurumu yaratdı
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Nazirlər parlamentə toplaşacaq
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
ÜST-dən Azərbaycana növbəti dəstək
Vergi ödəyiciləri üçün daha bir YENİLİK