Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
13-08-2020, 12:29
88

Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama

Avqustun 21-də Məhərrəmlik ayı başlayır. Bundan öncəki illərdə Azərbaycanda Məhərrəmlik ayında dini ayinlər kütləvi formada, hər hansı bir müdaxilə və ya mədudiyyətlər olmadan keçirilib. Lakin bu ilin əvvəlində dünyada yayılan COVİD-19 virusu məktəbləri bağlanması, toy, ad günü, nişan və yas mərasimlərinin keçirilməsinin təxirə salınmasına səbəb olub. Koronavirusun geniş yayılmaması, bu xəstəliyə görə ölən insanların sayının artmaması üçün qapalı məkan olan və insanların kütləvi toplaşdığı məscidlərin də fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bəs bu il Məhərrəmlik ayında dini ayinlər necə yerinə yetiriləcək? 
"Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Şahin Həsənli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, inanclı insanların məscidlərin açılması ilə bağlı arzusu başa düşüləndir:
“İnsanlar ibadətlərini məscidlərdə etmək istəyir, bu elə bizim də arzumuzdur. Həmin günü çox səbirsizliklə gözləyirik. Bu məsələlər Qafqaz Müsəlmanları İdarəsi və müvafiq dövlət qurumları ilə mütəmadi olaraq müzakirə olunur. Bizim də din xadimləri kimi fikirlərimiz öyrənilir, təkliflərimizi veririk. İndiki şəraitdə qapalı məkanda kütləvi tədbir keçirmək mümkün görünmür. Bunu təmin etmək çox çətindir. Heç bir icma məsuliyyəti öz üzərinə götürə bilmir. Çünki Məhərrəmlik ayında məscidlərə həddindən artıq böyük kütlə gəlir. Bu kütləvilikdə qaydalara riayət etməyi hər hansı din xadimi də öz üzərinə götürə bilmir. Məhərrəmlikdə məscidlərin açılması müzakirə olunub, amma nəticəyə gəlinməyib. Çünki virusun kütləvi yayılması təhlükəsi böyükdür. Məsciddə insanlar kütləvi toplaşsa, bu, yoluxmanın sayının artmasına gətirib çıxara bilər. Bu təkcə Azərbaycanda belə deyil. Hətta Kərbəla kimi bir ziyarətgahda da Aşura gününə qədər mərasimlərin keçirilməməsi haqda danışır. Görkəmli din xadimləri, din alimləri vurğulayır ki, burada insan sağlamlığına xüsusi önəm verilməlidir. Bu məclislər yoluxma sayının artmasına gətirib çıxararsa, bu ciddi məsuliyyət yaradır. Alternativ variantlar axtarılır, Ramazan ayında və Qurban bayramında internet üzərindən xütbələr oxundu və yayımlandı. Bu dəfə də din xadimləri canlı yayımda çıxış edib Məhərrəmliklə bağlı, ayinlərlə bağlı insanları məlumatlandıra bilər”. 

Ş.Həsənli qeyd edib ki, tarixdə də belə hallar yaşanıb və bir müddət sonra hər şey öz qaydasına düşüb: “Hamıya məlum olduğu kimi, bu il Həcc ziyarəti demək olar ki, təxirə salındı, çox məhdud sayda insanlar bu ayinləri icra etdilər. Bu da başa düşüləndir. Dinimizdə, şəriətimizdə də bu məsələlər öz əksini tapıb. Adi vaxtlarda da insan sağlamlığına təhlükə olarsa dinimiz Həccə getməməyi tövsiyə edir. İndiki şəraitdə, pandemiya dövründə, xəstəliyin hər an tüğyan edə biləcəyi bir zamanda Həcdə insanlar toplaşması mümkünsüz idi, inanclı insanlar da bunu anlayışla qəbul etdilər. Bu məsələlər Azərbaycanda da rəhbərliyin gündəmindədir, müzakirələr aparılır, şəraitə uyğun olaraq ilk fürsətdə məscidlərin açılmasına qərar verilə bilər. Lakin indiki şərait buna uyğun deyil. Biz də bu məsələlərin müzakirəsində öv töhfəmizi veririk. Heç kəs istəmir ki, məscidlər bağlı olsun. Bəzi müsəlmanlar ölkərində məscidlərə qoyulan məhdudiyyətlər hələ də qalır. Məsələn, İranın özündə Məşhəd ziyarətinə hələ də insanlar gedə bilmir. Orada da Məhərrəmliklə bağlı protokollara ciddi əməl olunması tələb olunur. Problem bundadır ki, Məhərrəmlikdə kütlə böyük olur və orada sosial məsafəni qorumaq mümkün olmur. İnsanlar fikirləşməsin ki, bu məsələ ilə heç kəs məşğul olmur. Əlbəttə ki, bütün şərait dəyərləndirilir. Bu gün bu mümkünsüzdür deyə bir qədər dözümlü və səbrli olmaq lazımdır. İnanclı insanlarımız vəziyyəti anlayışla qəbul etməyə çalışmalıdır. Klassik əzadarlıq formalarımız var, bu gün də onlara müraciət olunur. Məhərrəmlik zamanı belə ayinlər də icra olunacaq. İnsanlar canlı yayımlanan xütbələri dinləyərək təziyyə mərasimlərini evlərində icra edə, mənəvi hissləri qismən də olsa, yaşaya bilərlər. Biz din xadimləri olaraq çalışırıq ki, bu işlərlə bağlı boşluqları dolduraq. Bu, əvvəlki məclisləri tam əvəz etməsə də, çətinlik dövrü üçün alternativ kimi qəbul edilə bilər. Tarxidən də epidemiyalar zamanı Həcc ziyarətinin təxirə düşdüyü, məscidlərin qapadıldığı dövrlər olub. Qədim təbabət də bu zaman insanların təmaslarının azaldılmasını tövsiyə edib. Buna görə də ilk olaraq bazarlar və məscidləri bağlanılıb. Tarixdən də göründüyü kimi, bu proses müvəqqətidir, pandemiya bitdikdən sonra hər şey qaydasına düşəcək”. 

Oxşar xəbərlər

Azərbaycanda məscidlər bu şərtlə açılsın - AÇIQLAMA
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: “Özünüzü təhlükəyə atmayın!!!”
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
İnsanların bu il Aşura gününü evlərində keçirməyi məqsədəuyğundur - İlahiyyatçı
Bu gün Məhərrəm ayı başlayıb
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
Tərtərin icra başçısı növbəti dəfə videokonfrans keçirdi - Fotolar
Məscid və ziyarətgahlarda məhərrəmlik mərasimləri keçirilməyəcək
“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Azərbaycanda din xadimi həbs edildi
Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi
Nazirlər Kabineti toylarla bağlı qərarını açıqladı
Lənkəranda Aşura mərasimi keçirməyə cəhd edənlər saxlanıldı
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanıldı
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Dərs ili sentyabrda başlamayacaq?
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Ermənilərdən növbəti təxribat - Məsciddə spirt içdilər
Azərbaycanda yeniyetmə dörd dəfə uşaq dünyaya gətirib
Daha neçə il maska taxmalıyıq? – Açıqlama
Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Allahşükür Paşazadə Vyanadadır