Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
13-08-2020, 15:46
259

Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto

Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Siyəzən rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb. 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Eynibulaq kəndində bir neçə il əvvəl icra olunmuş layihə çərçivəsində kəndin bəzi yerlərində bulaqlar quraşdırılsa da, əhalinin bir hissəsi içməli suyu uzaq məsafədən daşıyıb. Sədan kəndində isə su təchizatı sistemləri ümumiyyətlə mövcud olmayıb və sakinlər suya olan tələbatlarını daşınan su hesabına ödəyib. 
Sədan və Eynibulaq kəndlərinin içməli su probleminin həlli məqsədilə  icra olunan layihəyə əsasən,  kəndlərə suyun Şollar-Bakı su kəmərindən verilməsi nəzərdə tutulur. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə 6 km uzunluğunda polad borularla magistral su xətti çəkilir. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılacaq. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində 2 ədəd nasos stansiyası və 25 kubmetr tutumu olan su anbarları tikiləcək. Bu infrastrukturlar hesabına içməli su Sədan kəndində yeni tikilən 100 kubmetr tutumu olan anbara vurulacaq və özüaxımlı rejimdə kəndə veriləcək. Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 ədəd bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə mərkəzləşdirilmiş 6 km uzunluğunda içməli su şəbəkəsi yaradılacaq və 170 ünvana ev birləşməsi veriləcək.
Layihənin icrasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bununla da Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.


Oxşar xəbərlər

Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
Prezident 700 min ayırdı
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident bu dövlət qurumuna pul ayırdı
Azərsu vitse-prezidenti aldatdı
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
Bakının bu qəsəbəsində 35 ildir nə yol, nə də su var - VİDEO
Paytaxtın bu ərazisində su olmayacaq
Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Xırdalanda su kəsiləcək
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı
Xırdalanda su kəsiləcək
Daha dəhşətli bəla gəlir, yüzmilyonlar öləcək
Bakının bu rayonunda su kəsiləcək
İlham Əliyev Şamaxıya pul ayırdı
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Gecə cəbhədə nə baş verib?
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
İndi də Biləsuvar susuz qalıb