Fətullah Gülən Avni Dəmirçini HƏBSDƏN qoruya bildi-  Ziraat bankın “boss”u dövlətə buynuz göstərir…
8-07-2021, 21:00
431

Fətullah Gülən Avni Dəmirçini HƏBSDƏN qoruya bildi- Ziraat bankın “boss”u dövlətə buynuz göstərir…

Azərbaycanda  xarici  bankların faəliyyəti həmişə şübhə doğurur. 
Bunun ilk nümunəsini İranmənşəli ABŞ vətəndaşı olan ata-oğul Əli Cam və Fuad Camın nümunəsində görmüşük. 
Ata-oğul Royal Bankın rəhbərləri olublar. 
Təsəvvür edirsiniz, bunlar öz çirkin əməllərinə hətta bizim nazirlikləri də bulaşdırıblar. 
Məsələn,  fermerlərə ayrılan milyonlarla vəsaiti, daha doğrusu, aqrar kreditləri Kənd Təsərrüfatı Nazirliyi Royal Bank və onun filialları vasitəsilə həyata keçirib. Və tərəflər milyonlarla dövlət vəsaitini mənimsəyiblər. 
Çox sonra bəlli oldu ki, ata-oğul eyni zamanda böyük miqdarda pulu vergidən yayındırıb. Və digər  maxinasiyalar, çirkli pulların yuyulması bankda həyata keçirilib. Sonra ata-oğula qarşı cinayət işi qaldırılsa da artıq ata-oğul ölkəni tərk etmişdi. 
Düzdür, sonra onlar beynəlxalq axtarışa verildi. Amma onlar artıq öz işlərini görmüşdülər. 
Bunu yazmaqda məqsədimiz nədir ?
Axı, ABŞ vətəndaşının, özü də İranəsilli, nə marağı var ki, gəlib Bakıda bank açsın, milyonları mənimsəsin və sonra da qaçıb aradan çıxsın.  
Eyni proses neçə ildir ki, Ziraat bankda baş verir. 
İdarə heyətinin uzun müddət sədri olan Avni Dəmirçi də  Əli və Fuad Cam-ların yolunu gedir. 
Və nə vaxtsa, ona qarşı da cinayət işi qaldırılacaq. Amma çalışmalıyıq ki, o ölkədən qaça bilməsin. 
Məlumat üçün bildirək ki,  Avni Dəmirçi ABŞ-da ( yenə ABŞ ) yaşayan Fətullah Gülən  sevdalısıdır. Hətta Fətullah Gülənə o dərəcədə bağlıdır ki, Türkiyə dövlətinin rəsmi törənlərinə qatılmır. Deməli, nəinki Azərbaycana, hətta  Türkiyəyə buynuz göstərir. 
Bütün bunlar azmış kimi bankın bossu açıqlama verib ki, Şuşada bankımızın filialını açmaq istəyirik. 
Yəni bu bankla bağlı uzun müddətdir ki, mediada məlumatlar yazılır. Amma ortada hələ nəticə yoxdur. 
Düzdür, bir neçə gün əvvəl Avni Dəmirçi bankın idarə heyətindən uzaqlaşdırıldı. Amma səbəb kimi guya rotasiya göstərildi. 
Əslində vəziyyət  başqa cürdür. 
Gündəlik Bakı-ya daxil olan məlumata görə, bankda baş verən qanunsuzluqlar, maxinasiyalar artıq üzə çıxıb. Həbs ediləcəyindən qorxan Avni Dəmirçi öz postunu başqasına ötürməklə canını qurtarmaq istəyir. 
Bankda aparılan araşdırmalar Avni Dəmirçinin həbsini reallığa çevirmişdi. 
Ancaq daxil olan məlumatlardan bəlli olur ki, Ziraat bankın keçmiş sədrini  xilas edən tapılıb. 
Bu kim olsa, yaxşıdır ?
Əlbəttə, kabus kimi dolaşan Fətullah Gülən. 
Bizə elə gəlir ki, Fətullah Gülənin ölkəmizə uzanan əlini kəsmək və Avni Dəmirçiyə layiq olan cəzanın verilməsinin vaxtı çoxdan çatıb. 
Yəqin ki, belə olarsa,  Sumqayıtda da Fetoçuların  iclaslarına  son qoyular.

Oxşar xəbərlər

Ziraatbankda yoxlamalar başlanıldı...-  FETO-çu  Avni Dəmirçi həbs oluna bilər
Ziraat Bankda  yoxlamalar davam edir...- AVNİ DƏMİRÇİ ölkədən qaçmağa hazırlaşır ?
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
“Royal Bank” maxinasiyaları: İşsiz qadının adına kredit ayrılıb, qadın illər sonra xəbər tutub...
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
Mingəçevirdə oğul ananı öldürdü
“Ziraat Bank”ın  siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
Ermənistanda dəhşətli hadisə: Atasını partlatmaq istəyən oğul özü öldü
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək - BÖHRAN
İş adamlarının dollar probleminin arxasında nə durur? - Bankların yeni oyunu, yoxsa
Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabıdır?
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
Fətullah Gülənlə bağlı Qafqaz Universiteti  bağlandı …-   Bəs  MADO  niyə bağlanmır ?
Aqrar sahəyə ayrılan milyonları İrşad Əliyev, İsmət Abbasov və Heydər Əsədov mənimsəyib-  İnam Kərimov bilmir ki, qarnı balalı  damazlıq inəkləri kəsim sexlərinə göndərirlər...
"Azər Türk Bank"da kəskin kiçilmə - RƏQƏMLƏR
Vahid Ələkbərovun oğurlanan milyonları və batdıqca batan – “Yelo Bank”
Access Bankda  “şapka” məsələsi- Müştərilər bu bankdan niyə  narazıdır ?
Ticarətçi Heydər Əsədov hara, Dəniz Akademiyası hara ?- Keçmiş  nazir niyə həbs olunmur ?
Cahangir Hacıyevin həyat yoldaşı əmlakını itirə bilər
Rüfət Aslanlının bankı kritik durumda
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Bank qəhrəman zabiti “qara siyahı”ya salıb – Polkovnik–leytenanta qarşı haqsızlıq
“Muğan Bank”ın lisenziyası ləğv olunacaq? - GƏLİŞMƏ
Fond sahibkarların pulunu “özəlləşdirmək” istəyir? - “Özbaşına qalsa, bankların olan-qalan əmlakının da “başına daş salacaq””
"Mən oğullarımızı öpürəm, bağrıma basıram" - Flora Kərimova