Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
13-08-2020, 17:39
223

Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Avqustun 13-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradzeni qəbul edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, C.Bayramov Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi dostluğa dayandığını və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. Nazir iki ölkə arasında əməkdaşlıq münasibətlərinin iqisadi, ticarət, enerji, nəqliyyat istiqamətləri ilə yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində inkişafını qeyd edib.
Ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə verdiyi qəti dəstəyi və bu mövqeyin beynəlxalq çərçivələrdə birmənalı ifadə olunması məmnunluqla qeyd olunub.
Tərəflər üçtərəfli və çoxtərəfli formatlarda, eləcə də BMT başda olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Z.Pataradze Xarici İşlər naziri təyinatı ilə əlaqədar səmimi təbriklərini ifadə edib, həmçinin Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Səfir, öz növbəsində, iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.



Oxşar xəbərlər

Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Qətər Azərbaycana yeni səfir göndərib
Elmar Məmmədyarov çağırış etdi
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Ceyhun Bayramov Gürcüstana başsağlığı verdi
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
"Ermənistana silah tədarükü ciddi narahatlıq doğurub” - Ceyhun Bayramov
Gürcüstan hökuməti Ukraynadakı səfirlə bağlı qərarını belə izah etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Gürcüstan hökuməti Saakaşvili ilə bağlı Ukraynadan zəmanət istəyir
Nazir Çinə səfər edəcək
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
“Ermənistan hücumu öncədən planlaşdırıb” - Ceyhun Bayramov
 Zakir Həsənov NATO admiralı ilə görüşdü
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Ceyhun Bayramov: “Danışıqlar konkret məsələlər ətrafında aparılmalı, substantiv olmalı, imitasiya edilməməlidir”
"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir” - Ceyhun Bayramov
Xarici İşlər Naziri Ceyhun Bayramov Rusiyaya getdi
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Azərbaycan Qazaxıstana nota verdi
“Azərbaycan ərazilərində Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır”
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub - Yenilənib
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir