Ziraatbankda nələr baş verir ?-Bankın sabiq direktoru AVNİ DƏMİRÇİ ölkədən qaçmaq istəyirmiş..
27-07-2021, 23:54
390

Ziraatbankda nələr baş verir ?-Bankın sabiq direktoru AVNİ DƏMİRÇİ ölkədən qaçmaq istəyirmiş..

FETO-çu Avni Dəmirçinin Azərbaycandan çıxışına STOP qoyulub ?

Ümumiyyətlə,  konkret bankların fəaliyyətinə keçməzdən öncə ölkədəki bank sistemi təhlil olunmalıdır. 
Çünki nə qədər ki, Elman Rüstəmovun sədr olduğu Mərkəzi  Bank normal fəaliyyət göstərmir,  digər bankların  fəaliyyəti  neqativ olacaq. Bəli, bütün irili-xırdalı bankların  fəaliyyətini Elman Rüstəmov tənzimləyir. 
Təsadüfi deyil ki, dəfələrlə Elman Rüstəmovun fəaliyyətinin yoxlanılması üçün fikirlər bildirilib, ona qarşı ağır ittihamlar səsləndirilib. Əlbəttə, dünyanın heç bir yerində belə yüksək  bank faizləri, faiz dərəcələri yoxdur. Bütün bunlar azmış kimi son vaxtlar Mərkəzi  Bankın  yeni binasının tikilməsi cəmiyyətdə Elman Rüstəmova qarşı  aqressiya yaradıb.  
Təsəvvür edirsiniz, təxminən 150  milyon əhalisi olan nəhəng Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəlidir. 
Elman Rüstəmov isə  Mərkəzi Bank  üçün dəyəri 500 milyon- yarım MİLYARD olan 32 mərtəbəli bina tikmək istəyir. Hansı ki, bu pulla Qarabağda ümumilikdə hər biri 85 kv metrdən olmaqla  15 min 149 ev tikmək olar. 
İndi  bildinizmi, problem nədir ? 
Yəni istər Royal Bank olsun, istər Ziraat Bank olsun, istərsə də Muğan bank olsun  fərq etməz, bütün problemilərin kökü Mərkəzi Bankdan, daha doğrusu, Elman Rüstəmovdan gəlir. 
Bəli, ölkəmizin paytaxtında radikal dini təbliğat aparan, Türkiyə düşməni Fətulla Gülənin maliyyə qaynağı olan Ziraat Banka qol-qanad verən də Elman Rüstəmovdur. 
Çünki bu bankda baş verən qanunsuzluqlardan, vergidən yayınmadan, çirkli pulların yuyulmasından məgər  Elman Rüstəmovun xəbəri yoxdur ?
Nə olsun ki,  bankdakı  bütün qanunsuzluqlara Avni Dəmirçi  imza atıb. Bəs adamdan soruşarlar ki, Mərkəzi Bank  hara baxırdı ? 
Əlbəttə, Avni Dəmirçinin FETO-çu olmağı, Türkiyə səfirliyinin  rəsmi tədbirlərinə qatılmadığı, Sumqayıtda radikal dindarların toplantılarında iştirakı heç kimə sirr deyil. Bütün bu olaylar hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verir. Bəs niyə qardaş Türkiyənin və ölkəmizin maraqlarına  zərbə vuran  Avni Dəmirçi həbs olunmur ? 
Avni Dəmirçi hətta Şuşada, Qarabağda bankın filiallarını açmaq  istəyirdi ? 
Düzdür  mediada yayılan məlumatlara görə, çirkli pulların yuyulması, külli miqdarda vergidən yayınmaq və digər  qaranlıq əməllərlə məşğul olan Ziraat Bankın  direktoru Avni Dəmirçi  görəvindən uzaqlaşdırırlıb. 
Bank sistemində çalışan mötəbər mənbənin  dediyinə görə, Avni Dəmirçi  həbs olunmaq təhlükəsindən yayınmaq üçün hətta ölkədən qaçmağa hazırlaşırmış. 
Deyilənlərə görə,müvafiq orqanlar Avni Dəmirçinin ölkəni tərk etməsinə STOP  qoyublar.

Oxşar xəbərlər

Deputatdan Elman Rüstəmova ağır ittihamlar: “Mərkəzi Bankın fəaliyyəti araşdırılsın”
1991-ci ildə Moskvadan  Bakıya nə göndərirdin, Elman Rüstəmov ?-  Biznesmenlər baş  bankirə nə üçün mənzil hədiyyə edirlər ?
"Mərkəzi Bank yeni binasını öz hesabına tikəcək" - Elman Rüstəmov
Elman Rüstəmovun BANK MONOPOLİYASI... - Digər banklar çöksə də...
Banklar çökür - Elman Rüstəmovun isə sərvəti isə artır
Vahid  Ələkbərovun “Yelo Bank”ında nələr  baş verir?- Baş bankir  Elman Rüstəmovun ''yarıtmaz''  siyasəti nəticəsində banklar sıradan çıxır
Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabıdır?
Ziraatbankda yoxlamalar başlanıldı...-  FETO-çu  Avni Dəmirçi həbs oluna bilər
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
Elman Rüstəmov 450 milyonluq binaya görə dövlətin “cib”inə girir? - “Mərkəzi Bankın öz vəsaiti yoxdur”
Ziraat Bankda  yoxlamalar davam edir...- AVNİ DƏMİRÇİ ölkədən qaçmağa hazırlaşır ?
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Mərkəzi Bankın sədrindən devalvasiya AÇIQLAMASI
Elman Rüstəmovdan devalvasiya açıqlaması
Elman Rüstəmovun qızı Londondakı şirkətinin maliyyə hesabatını vaxtında təqdim etmədi – Fotofakt
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
İşdən çıxarılan Əhməd Əhmədzadə Elman Rüstəmovun qudasıdır
Elman Rüstəmov Prezidentin bu Fərmanını icra etmir - Çöküş başlayır
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Elman Rüstəmovun qızı ilə Əhmədzadənin oğluna məxsus Londondakı şirkətin 12,5 milyonluq borcu… - FOTOFAKT
“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR