Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil
17-08-2020, 17:04
159

Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil

“Bank of America” (BofA) iyun ayında “Brent” markalı neftin qiymətinə dair 2020-ci və 2021-ci illər üçün proqnozunu 5 dollar artıraraq müvafiq olaraq 43 və 50 ABŞ dollarınadək yüksəltdikdən sonra spot qiymətləri bütövlükdə ehtimallara uyğun olsa da, gələn il tədarük ediləcək neft gözləniləndən daha çox bahalaşacaq.
“Report” “BofA Global Research” qrupunun icmalına istinadən xəbər verir ki, neftin bahalaşmasına səbəb olan başlıca amillər arasında OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın yerinə yetirilməsinə sərmayəçilərin etimad göstərməsi, ABŞ-dakı şistli yataqlardakı hasilatın azalması, habelə dünya boyu neftə tələbatın get-gedə bərpa olması göstərilir.
“Bu cərəyanların bundan sonra da davam edəcəyin gözləyirik. Nəticədə dünya neft bazarında 2020-ci ilin 4-cü rübündə gündəlik 4,9 milyon barel, 2021-ci ildə də gündəlik 1,7 milyon barel həcmində kəsir yarana bilər”, – sənəddə qeyd olunur.
Belə olan halda “Brent” markalı neftin gələn il hətta 60 dollarlıq həddə çatmasının yüksək ehtimal olduğunu qeyd edən müəlliflər dünya boyu neft ehtiyatlarının həcminə dair cari məlumatlara görə həmin ehtiyatlar gözlənildiyindən daha sürətlə azalır. Belə ki, ABŞ və Çin istisna olmaqla bütövlükdə ehtiyatların həcmi adi səviyyəyə qayıdıb və hazırda 2017-2019-cu illərin orta səviyyəsini cəmi 46 milyon barel üstələyir.
Çindəki ehtiyatlar ABŞ ilə aralarındakı gərginliklə bağlı böyük həcmdə qalacağı, ABŞ-da isə bunun şistli yataqlarda gözlənilən hasilat azalması ilə bağlı olduğu bildirilir.
Bütövlükdə “BofA”nın proqnozu cari ilin dördüncü rübündə koronavirus pandemiyasının ikinci dalğasından yayınmağın mümkün olacağı ehtimalına söykənir.

Oxşar xəbərlər

"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"
“Brent” markalı neft bahalaşdı
Azərbaycan nefti bahalaşdı
“Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”
Neft bahalaşır
ABŞ söz verdi: Neft ucuzlaşacaq
Neftin qiyməti nədən ucuzlaşır? - TƏHLİL
Dünya bazarında neft bahalaşdı
“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
Neftin qiyməti yenidən ucuzlaşdı
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Neft emalı zavodları bağlanır
Neftin qiyməti artıb
Azərbaycan nefti cüzi ucuzlaşdı
Birjalarda neftin qiyməti düşür
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşıb
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ
Azərbaycan nefti bahalaşdı
Azərbaycan nefti 31 dollara qədər ucuzlaşıb
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
Azərbaycan neftinin qiyməti 40 ABŞ dollarını ötdü
Azərbaycan nefti ucuzlaşıb
"Dollar kəskin ucuzlaşacaq" - Ekspert
Azərbaycan neftinin qiyməti 36 dollara çatdı
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Azərbaycan neftinin qiyməti bahalaşdı
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ