Accesbank  müştərinin evini 2 dəfə ucuz qiymətə özününküləşdirib- Bank xeyli iş adamlarını məhv edib…
13-08-2021, 22:30
586

Accesbank müştərinin evini 2 dəfə ucuz qiymətə özününküləşdirib- Bank xeyli iş adamlarını məhv edib…

Ümumiyyətlə, Azərbaycanda banklarla bağlı problemlər  bitib tükənmək  bilmir. 
Dünyada ən bahalı bank faizləri bizdə, müştəriləri aldatmaq bizdə, vətəndaşın girov qoyduğu əmlakı müsadirə etmək bizdə, vətəndaşı evindən bayıra, küçəyə atmaq bizdə...
Bir sözlə, bu banklar əhaliyə kömək etmək əvəzinə, onlara dəhşətli problemlər yaşadırlar. 
Təkcə bircə məsələ problemi tam göstərir. 
Dünyanın heç bir yerində kreditə görə, müştərini həbs etmək yoxdur. Bu məsələ yalnız bizdədir. 
Hətta müsəlman aləmində pul faizinə görə insanın həbs olunması qadağan olunmuşdur. 
İndi  təsəvvür edin  XXI əsrdə krediti ödəyə bilmədiyinə görə, müştərini həbs edirlər. 
Ataların bir misalı var. Deyir, tısbağanı öldürdün, ya da beli üstə çevirdin, eynidir. 
Həbs etməkdən başqa, banklar öz müştərilərini məhkəməyə verib, yaşadıqları evindən bayıra, lap küçəyə atırlar. Bəs, bu insan harada yaşamalıdır ?
Belə banklarımızdan biri də Accesbankdır. 
Məlumat üçün qeyd edək ki, “Access Bank” QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyətə başlayıb. 
İlk illər Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə tanınıb. 
8 sentyabr 2008-ci il tarixindən “AccessBank” adı ilə fəaliyyət göstərir. Hazırda bankın Bakı şəhərində, Abşeronda və regionlarda 28 filialı var.
АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir. 
İndi gəlin görək, bu bank aşağı və orta gəlirli ailələrə maliyyə xidməti göstərirmi ? 
İndi müştərilərin rəyləri ilə  özünüz tanış olun:
1.“AccessBank”  həmişə  müştərilərə  kələk gəlir,  hətta məhkəmələri də aldadırlar...
2. Acces bank çoxlu  iş adamlarını məhv edib. O bankdan zərər  görənlərdən biri də mənəm. 
55000 manat kredit  götürmüşəm, 100 min  dollardan çox  qaytarmışam. İndi  deyirlər  55000 dollar da ödəməlisən. Allah bəlalarını versin.
 Bu siyahını  kifayət qədər uzatmaq olar. 
Cənab bankirlər! 
Bunları biz  demirik. Sizlərin müştəriləri deyir. 
Bəli, Azərbaycanda bank sostemi dözülməzdir. Accesbank isə  deyiləsi deyil. 
Görün daha bir müştəri nə deyir:
2014-cü ildə Accesbankdan  müqavilə əsasında 71 min dollar kredit götürdüm. Müqavilə  üzrə, 15 min dollar ödəməli idim. 
2015-ci ildəki devakvasiya zamanı bank mənə bildirdi ki, krediti manata çevirəcəyik. Ancaq etmədilər. Və mənim hər ay ödədiyim aylıq faizi, yəni 3625 dolları yenidən hesablayıb 4036 dollara qaldırdılar. 
Mən şikayət etsəm də baxan olmadı. Və bank məhkəmə yolu ilə mənim evimi dəyərindən 2 dəfə ucuz qiymətə ələ keçirib, məni və ailəmi bayıra atdı.
Bax, Azərbaycan reallığında bankların fəaliyyəti belədir. 
İndi Accesbankın  mükafatlarına baxın. Bank “İlin bankı”adına layiq görülüb, sonra isə “Azərbaycanın ən yaxşı bankı” seçilib. 
Daha deməyə söz qalmır. 
Müştəri demişkən, Allah bəlanızı versin.


Oxşar xəbərlər

Access Bankda  “şapka” məsələsi- Müştərilər bu bankdan niyə  narazıdır ?
UNİBANK  vətəndaşı evindən bayıra atır-  Ali Məhkəmə  bankı  haqlı hesab edir…
Pomidorun müflis etdiyi sahibkarlar FƏRYAD EDİR - “İndi də banklar bizi məhv edir...”
Yeni ildə bizi yeni qadağalar gözləyir?
Bu banklara görə Azərbaycan cərimələndi – Avropa Məhkəməsindən qərar
"Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq...”
“Banklar şəhid ailələrinə güzəştə getməlidir” - Deputat
Vahid  Ələkbərovun “Yelo Bank”ında nələr  baş verir?- Baş bankir  Elman Rüstəmovun ''yarıtmaz''  siyasəti nəticəsində banklar sıradan çıxır
Səməd Səmədov müğənnilərdən danışdı: “Hamısı acından ölür“
Beynəlxalq Bank PA-dan qaziyə ayrılan vəsaitdən “faiz haqqı” tutub - Banklar qaziləri ölümə sürükləyir
REAL sədri hökumətə səsləndi: “Bu sərt karantinlər nəyə lazım idi?”
''Ziraat Bank Azərbaycan''nın sabiq rəhbəri Avni Dəmirçi HƏBS olunmalıdır- Fətullah  Gülənin bankı  bağlana bilər…
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
“Manaf Ağayev banka olan borcumu ödəməyib“ - Günel Ələkbərova
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
PROBLEM: Sahibkarda biznes plan, Fondda pul yoxdur... - “Banklar yükdən qurtulmağa çalışır”
Mərkəzi Bank sığorta bazarına nəzarət edə bilmir - FAKT BUDUR!
"Baku Electronics"in  soyuducuları   soyutmaq əvəzinə  qızdırır...-    Avadanlıqların  səsindən evdə oturmaq olmur...
"Bizdə mina sahələrinin xəritələri yoxdur" - İlham Əliyev
“Tüpürüm sizin kartınıza da, xidmətinizə də…” - ETİRAZ
“Mətbəxdə siçovulları öldürüb çölə atırlar” - Məşhur restorandan şikayət
Azercell  indi  də aylıq  abunəçilərə “kontur atır”-  Şirkət  müştərilərini məhkəmə ilə hədələyir
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Şadlıq sarayları toya hazırlaşır - Pandemiyadan sonrakı QİYMƏTLƏR
Əli Həsənov həbs olunub? - Xəbər yayıldı
“İşdən azad etməsəydilər, krediti indiyə kimi ödəmiş olardım” - Astarada ÖZBAŞINALIQ
“Kapital Bank” oğurluq edir - İDDİA
“Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı
Sabiq nazirlər milyonluq mülklərini NİYƏ SATIŞA ÇIXARIB? - Həbs qorxusu, yoxsa pulsuzluq?