''Ziraat Bank Azərbaycan''nın sabiq rəhbəri Avni Dəmirçi HƏBS olunmalıdır- Fətullah  Gülənin bankı  bağlana bilər…
13-08-2021, 22:00
515

''Ziraat Bank Azərbaycan''nın sabiq rəhbəri Avni Dəmirçi HƏBS olunmalıdır- Fətullah Gülənin bankı bağlana bilər…

“Ziraat Bank”ı da “Royal Bank”ın aqibəti gözləyir

Avni Dəmirçi də  Fuad Cam kimi  həbs olunacaq… 

Bəlkə də çoxları bank sistemlərinə adi baxırlar. Yəni necə ki, kommersiya qurumları var, digər maliyyə təşkilatları var eləcə. 
Amma unutmaq lazım deyil ki, bank sistemi dövlətin onurğa  sütunudur, dövlətin bütün gəlir-çıxarı bank sisteminin üzərində qurulur. 
Hətta  bank sistemi  çökəndə dövlət DEFOLT vəziyyətinə düşür. Defolt vəziyyətinə düşmüş dövlətlər bəzən öz ərazisinin bir hissəsini satmağa məcbur olur. Tarixdə belə hallar çox olub. 
Məsələn, Çar Rusiyası bir zaman öz ərazisi olan Alyaskanı  Amerikaya satdı. Belə misallar çoxdur. Hətta maliyyə qarşılığında öz adalarını satan dövlətlər də olub. 
Bütün bunları yazmaqda məqsədimiz odur ki, bank sisteminə ciddi diqqət ayırmaq lazımdır. 
Hətta onu da qeyd edə bilərik ki, belə bir fikir də var ki, dünyanı banklar vasitəsilə  mafiya idarə edir. 
Elə bilirik ki, banklar barədə bu qısa  girişimizlə  bankların dövlətin idarə olunmasında rolu barədə müəyyən fikir yarada bildik.  
Onu da əlavə edək ki, bu gün dünyada mövcud olan offşor zonalar, çirkli pulların yuyulması ancaq banklar vasitəsilə həyata keçirilir. 
Hətta bir az uzağa gedərək deyə bilərik ki, bəzi dünya mərkəzləri banklar vasitəsilə müxtəlif dövlətlərin stabilliyini pozur, hətta inqilab da edə bilirlər.
İndi isə keçək  konkret mövzuya. 
Bəli, 90-cı illərin qarışıq vaxtında bəzi  güc mərkəzləri öz maraqlarını dövlətimizə diqtə etmək üçün ölkəmizdə müxtəlif banklar təsis etdilər. 
Bu məsələdə  qonşu İran dövləti  aktiv idi. Eləcə də qardaş Türkiyənin bankları Bakıda öz filiallarını açdılar. Sonra Rusiyanın bankları Azərbaycanda fəaliyyətə başladı. 
Bizim məqsədimiz bütün əcnəbi bankların üzərinə kölgə salmaq, hər şeyi qaralamaq deyil. Əsla. Sadəcə, bir cəmiyyət olaraq ayıq-sayıq olmalı, bəzi bankların çirkli əməllərini vaxtında ortaya çıxartmalıyıq. Ki, sonra dövlətimiz üçün ciddi problemlər yaranmasın. 
Ölkəmizdə fəaliyyət  göstərən əcnəbi  banklardan biri də Ziraat Bankdır. 
Ziraat bankın keçmişi və bu günü ilə bağlı  onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Elman  Rüstəmovun  30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Bəli, bütün banklar Elman Rüstəmovun “mübarək”  imzası ilə ölkəmizin bank sektoruna daxil olurlar. 
Bu bankın adı  Amerika yanlısı, qardaş Türkiyəyə  qarşı savaş açmış Fətulla Gülənin adı ilə bağlıdır. Fətullah Gülənin ABŞ-ın  “xidmətçisi” olması heç kimə sirr deyil. Bəs belə olan halda  onun bankının ölkəmizdə fəaliyyəti hansı məntiqə uyğundur. 
Türkiyə ən çətin məqamlarda, Qarabağ savaşında bizimlə çiyin-çiyinə olub. Ziraat Bankın rəhbərliyi isə Fətullah Gülənə dəstək verir və hətta Türkiyə səfirliyinin ölkəmizdəki tədbirlərinə qatılmır, heç saymır da. 
Bankın   Fetöçü  rəhbəri Avni Dəmirçi  Sumqayıtdakı “saqqallı dostları” ilə sərbəst görüşür, planlar qururlar. Bəs Elman Rüstəmovun bundan xəbəri yoxdur ? 
Düzdür, mediada gedən silsilə yazılardan sonra Avni Dəmirçi görəvindən alındı. Amma kənardan olsa da bankı Avni Dəmirçi yönəldir. 
Daxil olan məlumatlardan o da bəlli olur ki, bankda aparılan ciddi təftiş əməliyyatı  Avni Dəmirçini qorxuya salıb. Hətta onun Azərbaycandan qaçmaq niyyəti olduğu da söylənilir. 
Bəli, Ziraat Bankın bağlanması və Avni Dəmirçinin həbs olunması qaçılmazdır. 
Unutmayın ki, bir neçə il əvvəl  eyni aqibətlə İranın ölkəmizdəki  “Royal Bank” adlı bankı üzləşdi. Və bankın sahibi olan ata-oğul Əli və Fuad Cam həbs edildi.


Oxşar xəbərlər

Ziraat Bankda  yoxlamalar davam edir...- AVNİ DƏMİRÇİ ölkədən qaçmağa hazırlaşır ?
“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
“Ziraat Bank Azərbaycan” Türkiyə vətəndaşını - MƏHKƏMƏYƏ VERDİ
Ziraatbankda yoxlamalar başlanıldı...-  FETO-çu  Avni Dəmirçi həbs oluna bilər
Ziraatbankda nələr baş verir ?-Bankın sabiq direktoru AVNİ DƏMİRÇİ ölkədən qaçmaq istəyirmiş..
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
Fətullah Gülən Avni Dəmirçini HƏBSDƏN qoruya bildi-  Ziraat bankın “boss”u dövlətə buynuz göstərir…
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
“Ziraat Bank”ın  siyasi maxinasiyaları...- Fətullahın əsabələri yenə toparlanır...
Rüfət Aslanlının bankı kritik durumda
Rəhbəri Avni Dəmirci olan Ziraatbank Azərbaycanda bir FETO kabusu dolaşır...- Özəl bankların bir çoxu çirkli pulların yuyulması üçündür...
Banklarda kredit verilməsi prosesi sadələşir
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Kapital Bank məcburi köçkünlərdən 5 manat “tutub”…
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
Elman Rüstəmovun BANK MONOPOLİYASI... - Digər banklar çöksə də...
Banklar çökür - Elman Rüstəmovun isə sərvəti isə artır
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
“Access bank” deputatın qardaşının hesabından pul çıxdı – “Bu necə bank fəaliyyətidir?”
“Bank Respublika” bağlanır? - 416 milyon manatdan çox vəsait itirib
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Bank kredit borcuna görə “Akkord”u məhkəməyə verdi