1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
19-08-2020, 13:14
709

1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar

Avqust ayının 18-də İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2.754.139 manatlıq tenderə yekun vurub. 
 
Dövlət Vergi Xidmətinin "Texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi" lotu üzrə sifarişçi olduğu tenderin qalibi "Caspel" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 

"Caspel" MMC 2005-ci ilin avqust ayında dövlət reyestrində qeydiyyata alınıb.
 
İyirmi manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 50 B, qanuni təmsilçisi isə Quliyev Ceyhun Məhi oğludur. 

"Dövlət Satınalmaları Haqqında" Qanunun tələblərinə görə tenderdə iştirak edəcək şirkətlərin tender komissiyasına təqdim etdiyi vacib sənədlərdən biri də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışıdır. 
 
"Caspel" MMC-nin hazırda dövlətə olan vergi borcu 1.367.488 manat təşkil edir. 

Xatırladaq ki, "Caspel" MMC-nin keçmiş Vergilər Naziri Fazil Məmmədovun kürəkəninə məxsus olduğu deyilir. Belə ki, "Caspel" MMC-nin qanuni təmsilçisi Ceyhun Quliyev Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. 
 
Namiq Quliyev Fazil Məmmədovun Vergilər naziri olduğu illərdə uzun müddət Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 
 
Yerli mediada yazılanlara görə "Caspel” şirkəti vaxtilə iş adamlarına satdığı kassa aparatlarından 100 milyonlarla vəsait qazanıb. (qlobal.az)

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
BNAi 2 milyon manatlıq tenderə yekun vurub
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq
Psixiatriya Xəstəxanasında tender oyunu
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Nazirlik 1 milyon manatlıq dərman alır
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Camaat canının hayına qalanda...
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Bir manatlıq şirkətə milyonluq tender verildi
Azərbaycan Mərkəzi Bankı 800 min manatlıq texniki dəstək xidməti alır
Sığorta şirkətləri dövlət qurumunun - TENDERİNƏ QATILMADILAR
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
Mədəniyyətə ayrılan büdcə pulları ŞƏKİDƏ BELƏ YEYİLİB - FAKTLAR
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Qafqaz Universiteti ləğv olunur