Qara dənizdə tapılan təbii qaz nələri dəyişdirəcək?..
25-08-2020, 14:33
316

Qara dənizdə tapılan təbii qaz nələri dəyişdirəcək?..

Erdal Tanas Karagol
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 avqust 2020-ci il

İllərdir hər kəs “Türkiyədə yüksək miqdarda təbii qaz varmı?”, deyə suallar verilirdi. Bu sualın cavabı Qara dənizdə aşkar edilmiş 320 milyard kubmetrlik təbii qazla verilib. İlk dəfə açıqlanan bu rəqəmdən sonra növbəti qazma işləri nəticəsində bu miqdarın daha da artacağı proqnozlaşdırılır.
Qara dəniz qazının önəmi
Qara dənizdə kəşf edilən təbii qazın bir çox cəhətdən vacib bir kəşf olduğu aydındır. Belə ki, bir çox sərhəd ölkədə təbii qaz və neft kəşf edildikdən sonra Türkiyənin də təbii qaz kəşf etməsi çox ciddi bir motivasiya yaratdı. Bu motivasiya Qara dənizdə və Şərqi Aralıq dənizində xüsusilə təbii qazın və yeni mənbələrin axtarışını sürətləndirəcək.
Qara dənizdə tapılan təbii qazın miqdarı Türkiyənin 7-10 illik təbii qaz ehtiyacını ödəyir. Xüsusilə Şərqi Aralıq dənizində təbii qaz kəşf edən ölkələrlə müqayisədə, bu miqdarın heç də az olmadığı görünür. Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmezin açıqladığına görə, qazın dəyəri 65 milyard dollardır. Bu, iqtisadiyyata mühüm töhfə verir.
Türkiyə iqtisadiyyatı üçün yüksək idxal faturasına səbəb olan və cari kəsrin ən böyük səbəblərindən biri olan yüksək enerji fakturasını azalacağı üçün təbii qaz çox ciddi bir qaynaq hesab olunur. Türkiyə, həm Qara dənizdə, həm də Şərq Aralıq dənizində öz imkanları ilə qazma işləri aparır. Ötən illərdə beynəlxalq şirkətlərlə birlikdə və kirayələrlə aparılan qazma işləri artıq “Fatih”, “Yavuz” və “Kanuni” adlı qazma gəmiləri ilə aparılır. Digər tərəfdən, seysmik kəşfiyyat işləri də “Barbaros” və “Oruç Reis” adlanan seysmik tədqiqat gəmiləri ilə aparılır. Qara dənizdəki təbii qazın “Fatih” qazma gəmisi ilə tapılması da başlanğıc üçün vacib bir nüansdır.
Türkiyə Qara dənizdə apardığı kəşfiyyat işləri ilə yeni bir status qazanıb. Çünki Qara dənizdə kəşfiyyatdan əvvəl enerji ehtiyatlarına sahib olan ölkələr və enerji qaynaqları tələb edən ölkələr arasında vasitəçi, tranzit, kəsişən mövqedə yerləşən və mərkəz ölkə roluna sahib olan Türkiyə, indi həm də istehsalçı ölkə mövqeyinə sahib oldu. Türkiyə artıq təbii qaz istehsalçılarından asılı olmağa məcbur deyil və buna görə də təbii qaz aldığı ölkələrlə qiyməti danışarkən və yeni müqavilələr imzalayarkən daha çox üstünlüklərə sahib olacaq.

İstehlakçı ölkələrlə enerji qaynaqlarına sahib olan ölkələr arasındakı strateji mövqeyi sayəsində Türkiyə kəşf edilən yeni mənbələrlə enerji ticarətinin lideri olma yolundakı mövqeyini daha da gücləndirəcək.
Türkiyə bir tərəfdən mövcud boru kəmərləri, yeni kəşflər və maye qazı ilə öz təbii qaz miqdarını artırarkən, digər tərəfdən də enerji ticarətinin mərkəzinə çevrilmək üçün son illərdə atılan addımların daha da sürətləndirilməsini hədəfləyir. Bu, enerji ticarətinin mərkəzi olmaq hədəfinin reallaşmasına ciddi töhfə verəcək.
Türkiyə dünyanın yeni təbii qaz sistemində əsas oyunçu olmaq üçün ciddi bir üstünlük əldə etdi. Bu, Şərqi Aralıq dənizindəki mövcud əməkdaşlıqları və Türkiyəyə qarşı olan ittifaqın dağılmasını sürətləndirə bilər. Qara dənizdə kəşf edilən və kəşf ediləcək yeni mənbələr sayəsində yüksək enerji fakturası ilə iqtisadi böyümə arasında davamlı olaraq baş verən problemlərin də qarşısı alınacaq. Bu, iqtisadiyyatda ÜDM-in artmasına kömək edəcək və bununla da, adambaşına düşən gəlirin artması üçün yeni bir fürsət yaranacaq.
Beləliklə, Qara dənizdə təbii qaz tapılmasını Türkiyədə yeni bir dövrün başlanğıcı hesab edə bilərik.

Oxşar xəbərlər

“Türkiyənin kəşf etdiyi qaz yatağı Norveçin son 10 ildəki kəşflərinin cəmindən böyükdür” – Fatih Birol
Türkiyə iri qaz yatağı tapdı
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
Ələddin Çakıcı Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etdi
Dənizdə batan bank müdiri tanınmış prokurorun qardaşı oğludur - Yeni təfərrüatlar
İstanbulda yenidən zəlzələ oldu
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Elm dünyası silkələndi – Nəzəriyyələri alt-üst edən kəşf
Türkiyədən Ermənistana daha bir sərt mesaj
Bu il ərzində Azərbaycanda təbii fəlakət və texnogen qəzalar nəticəsində 28 nəfər həlak olub
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Generaldan Çini rahatladacaq sözlər: “Əlimizdə dəlil yoxdur”
Novxanıda dənizdə gənc oğlan batdı
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
Türkiyə XİN-in sözçüsü: “Ermənistan bu dəfə də həddini aşır”
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib
Putindən ermənilərə “sürpriz”: Cəmi bir neçə saat...
Türkiyənin energetika naziri: "TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib"
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Ərəb koalisiyası Qırmızı dənizdə minalanmış qayıq ələ keçirib
Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?
Muxtar Babayev onu sədr təyin etdi - FOTO
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ?
Azərbaycan Türkiyənin addımlarını qətiyyətlə dəstəkləyir – XİN
Azərbaycan Türkiyənin qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?
Nazirlik: Yüngül çəkili plastik torbaların ödənişli satışı ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür