Dollar bahalaşacaq?
8-01-2022, 10:21
93

Dollar bahalaşacaq?

Son günlər sosial şəbəkələrdə dolların manata nisbətdə bahalaşmasına dair xəbərlər yayılıb. Həmin xəbərlərdə iddia olunur ki, qeyri-iş günlərində banklar bağlı olduğundan vətəndaşlar 1 dolları “qara bazar”dan 2 manata alıb.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan millət vəkili Naqif Həmzəyev təşvişə lüzum olmadığını deyib: “Təəsüflər olsun ki, sosial şəbəkələrdə bəzi təxribata meyilli insanlar tərəfindən dolların məzənnəsinin qalxması ilə bağlı yanlış informasi yayılıb. Onların məqsədi dolların qalxması üzərindən manipulyasiya etmək və insanları çaşdırmaqdır.Rəsmi qurumlar və Mərkəzi Bank tərəfindən verilən açıqlamalarda da göründüyü kimi dolların qalxması 2022-ci ildə gözlənilmir. Bütün proseslər tam nəzaratdə saxlanılır. Satışa çıxarılan dolların yarısı satılmır, bu da onu deməyə imkan verir ki, Azərbaycanda dolların qalxma ehtimalı yoxdur və kurs olduğu kimi saxlanılacaqdır”.
İnsanları bu cür məlumatlara inanmamağa çağıran deputat əlavə edib ki, “qara bazar”da dolların baha satılması bayram günləri ilə bağlı olub: “Sosial şəbəkələrdə yayılan yanlış məlumatlarla bağlı vətəndaşlara da demək istəyirəm ki, qətiyyən təxribat xarakterli məlumatlara inanmasınlar. Bayram günlərindən istifadə edərək dolları baha satan dəllaların təxribatına uymasınlar. Ötən ildə də belə bir hal yaşandı. Polis orqanları bu cür fürsətcil şəxsləri məsuliyyətə cəlb etdi. Rəsmi olaraq bu gün banklarda dolların qiyməti stabil olaraq qalıb və vətəndaşlar istədiyi qədər dolları alış-veriş edə bilər”.

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi
Dolların məzənnəsi açıqlandı
Azərbaycanda dolların QARA BAZARI... - Necə yaranır, kimlər maraqlıdır...
Dolların sabahkı məzənnəsi açıqlanıb
Azərbaycanda dollar 2 manata qalxdı
Azərbaycandan Yerevana 211 milyon dollar gedib? – Sensasion xəbər
"Accessbank" ASC vətəndaşı ölüm həddinə çatdırıb
Dünya Bankı Azərbaycana yardım edəcək
"Dollar kəskin ucuzlaşacaq" - Ekspert
Dollar yenidən bahalaşacaq? - AÇQLAMA/VİDEO
Ərdoğan bu müddət ərzində mövcud vəziyyətin həll ediləcəyi bildirdi
Azərbaycanda dolların məzənnəsi ilə bağlı VACİB QƏRAR
Türkiyədə dollar və avro ucuzlaşdı
COVID-19 müalicə paketi 53 manata satılır? - RƏSMİ CAVAB
Banklar dollar satışına niyə qadağa qoyub? - Bakıda yenidən “qara bazar” yaranır
“Finoko” BOKT BAĞLANMA YOLUNDA - Borcunu qaytara bilmir
"Taliban" dollarla alqı-satqını qadağan etdi
Dolların məzənnəsi açıqlandı
Dolların məzənnəsi sabit qaldı
Dolların məzənnəsi sabit qaldı
Dolların məzənnəsi sabit qaldı
Dolların sabaha ooan məzənnəsi açıqlandı
Dolların sabaha olan məzənnəsi açıqlandı
Dolların məzənnəsi sabit qaldı
Ata körpə qızını 500 dollara satdı
“Baş verənlər olduqa üzücüdür“ - YAP-çı deputat
Bakıda sərnişin taksi sürücüsünün külli miqdarda pulunu oğurladı
Əcnəbidən 27 min dolları belə oğurladılar - Video
İş adamlarının dollar probleminin arxasında nə durur? - Bankların yeni oyunu, yoxsa
Yumurta bahalaşıb?