Azərbaycan Turizm Assosiasiyası 5 regionda yeni nümayəndəlik açıb
15-09-2020, 12:14
161

Azərbaycan Turizm Assosiasiyası 5 regionda yeni nümayəndəlik açıb

Azərbaycan Turizm Assosiasiyası (AzTA) Şimal - Şərq, Şimal - Qərb, Qərb və Cənub regionlarında beş yeni nümayəndəliyini açıb.
Bu barədə “Report”a AzTA-dan məlumat verilib.
Məlumatda deyilir ki, yeni yaradılan nümayəndəliklər yerləşdikləri bölgələrdəki turizm potensialının daha da yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək. Turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, AzTA yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə, regionlarda məşğulluq prosesinə də öz töhfəsini verəcək. Xüsusilə də kənd yaşıl turizmi və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaranacaq.
Bundan əlavə AzTA dünyanın 25 ölkəsində öz nümayəndəliklərinin fəaliyyətə başlaması haqqında da qərar qəbul edib. Nümayəndəliklər dünyanın müxtəlif ölkələrindəki turizm əlaqələrinin daha da genişləndirilməsi funksiyasını həyata keçirəcək. Həmçinin Azərbaycanın turizm potensialını həmin ölkələrdə təbliğ və təşviqini həyata keçirməklə gələcəkdə Azərbaycana daha çox turist cəlb etmək və gəlmə turizmini inkişaf etdirmək üçün səmərəli fəaliyyət təşkil olunacaq.

Oxşar xəbərlər

İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
ATMU-də 2020-ci ilin abituriyentləri ilə görüş keçirildi
Fransa turizmi necə bərpa edəcəyini açıqladı
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
“Lənkəran yenidən turizm zonasına çevrilir” - MÜSAHİBƏ
Koronavirusa yoluxanlara 3000 dollar veriləcək
Regionlardakı hotellərdə bahalaşma varmı?
Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto
Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ
İşsizlərin NƏZƏRİNƏ
Sığorta şirkətləri dövlət qurumunun - TENDERİNƏ QATILMADILAR
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Prezident İlham Əliyev: "Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir"
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
Rayonlara qrup turlarının təşkilinə icazə verilirmi? - AÇIQLAMA
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
Qətər Azərbaycana yeni səfir göndərib
Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə məlumat versinlər - Dövlət Turizm Agentliyi
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Azərbaycanda zəlzələ oldu
"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub
İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda açılışda - FOTO
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi? - AÇIQLAMA
Gömrük əməkdaşları üçün seminar keçirilir
“Azərişıq” 2 region və 10 rayona yeni rəis təyin etdi