Neft yenidən ucuzlaşdı
23-09-2020, 21:59
36

Neft yenidən ucuzlaşdı

Amerika Neft İnstitutunun (APİ) ABŞ-da neft ehtiyatlarının həcminin artması barədə verdiyi açıqlama "qara qızıl"ın qiymətlərinə təsirsiz ötüşməyib.
Bu gün Böyük Britaniyanın paytaxtı Londonun “İCE Furutes” birjasında keçirilən hərracda “Brent” markalı neftin 1 bareli 0,8% ucuzlaşaraq 41,4 ABŞ dollarıa satılıb (ötən gün isə 0,7% ucuzlaşma ilə qiymət 41,72 dollara düşüb). ABŞ-ın Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin 1 bareli 0,95% ucuzlaşaraq 39,42 dollara realizə edilib. Halbuki ötən gün həmin neftə dair oktyabr müqaviləsinin dəyəri 0,7% artaraq 39,6 dollara, noyabr müqaviləsinin dəyəri isə yenə də 0,7% artaraq 39,8 dollara çatmışdı.
Ötən gün APİ 11-18 sentyabr tarixləri ərzində ölkədəki neft ehtiyatlarının 691 min barel artdığını, benzin ehtiyatlarının isə 7,7 milyon barel, distilat ehtiyatlarının da 2,1 milyon barel azaldığını açıqlayıb. “S&P Global Platts” xəbər verir ki, ekspertlərin fikrincə, benzin ehtiyatları 1,9 milyon barel azalıb, distilat ehtiyatları isə 1,2 milyon barel artıb. Bu gün axşam veriləcək rəsmi məlumatda ötən həftə neft ehtiyatlarının 4 milyon barel azalmasının bildiriləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ-ın Meksika körfəzi sahilləri avqustun axırında Laura tropik qasırğasının, ötən həftə Salli tropik qasırğasının, dünən isə Beta qasırğasının zərbələrinə tuş gəldiyi üçün sözügedən bölgədə neft hasilatı qurğularının 7,1%-nin fəaliyyəti dayandırılmışdı.

Oxşar xəbərlər

Neft ucuzlaşır... - SƏBƏB
Neft ucuzlaşır
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşıb
Dünya bazarında neft bahalaşdı
“Brent” markalı neft bahalaşdı
Neftin qiyməti artıb
Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil
Neft bahalaşır
Azərbaycan nefti bahalaşdı
Birjalarda neftin qiyməti düşür
“Aprel neft sənayesi tarixinin ən ağır ayı ola bilər”
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Neftin qiyməti yenidən ucuzlaşdı
Daş 2 milyon dollara satışa çıxarıldı - FOTOLAR
“Neft müharibəsi”: Qalib kim oldu? - GƏLİŞMƏ
ABŞ söz verdi: Neft ucuzlaşacaq
Azərbaycanda benzin niyə ucuzlaşmır? - EKSPERT AÇIQLAYIR
"Bu il dünyada neftə tələbat 9-15% azala bilər"
Azərbaycanda valyuta hərracında dollara tələb artıb
ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib
Azərbaycan nefti 31 dollara qədər ucuzlaşıb
Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı
Dünya enerji bazarını alt-üst edəcək kəşf: Çin inqilabı başlayır
Rövnəq Abdullayev  villasını  4 milyon dollara  satdı..-''SOCAR''ın PREZİDENTİ TƏLAŞDA
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Azərbaycan neftinin qiyməti 36 dollara çatdı
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Xoşbəxt Yusifzadə: "Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatı var"